English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Küveytin xarici işlər naziri İranın casus şəbəkəsindən danışıb

AZOH: Məhəmməd əl-Salim əl-Səbah deyib ki, aşkarlanan İran casusluq şəbəkəsinin üzvləri ölkənin strateji təsisatlarına bomba qoymağı planlaşdırıb. “Tutulan şəbəkə üzvlərindən partlayıcı maddələr götürülüb”.

Küveytin xarici işlər naziri Şeyx Məhəmməd əl-Salim əl-Səbah aprelin 21-də jurnalistlərlə görüşündə İranın bu ölkədə aşkarlanan casus şəbəkəsindən danışıb.

Martın 29-da Küveyt məhkəməsi bu ölkənin ordusunda xidmət edən və İrana casusluqda günahlandırılan 3 nəfəri edama məhkum edib. Onlardan 2-si İran, 1-i Küveyt vətəndaşıdır. 2010-cu ilin mayında tutulan bu şəxslər Küveyt ordusu və ABŞ-ın Küveytdəki hərbi bazaları haqqında məlumat toplayaraq İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) ötürürmüşlər.

Bundan sonra İranın Küveytdəki səfirliyində çalışan 3 diplomatının da casusluq şəbəkəsi ilə əlaqəsi sübuta yetirilib və onların Küveytdən çıxması tələb olunub. Küveyt İrandakı səfirini geri çağırıb.

“Media forum” saytının məlumatına görə, jurnalistlərə açıqlama verən Şeyx Məhəmməd əl-Salim əl-Səbah deyib ki, aşkarlanan İran casusluq şəbəkəsinin üzvləri ölkənin strateji təsisatlarına bomba qoymağı planlaşdırıblar. “Tutulan şəbəkə üzvlərindən partlayıcı maddələr götürülüb. Onlar Küveytin mühüm təsisatlarını partlatmağı planlaşdırmışdılar, ordu ilə bağlı bəzi həssas məlumatlara yiyələnmişdilər. Bu isə onların Küveytin təhlükəsizliyini pozmaq niyyətlərini göstərir”.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter