English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Avropa parlamentinin nümayəndəsi bir qurup güney Azərbaycan siyasi fəallarla gırüşüb

AZOH: Güney Azərbaycan demokrat partiyasının (GADP) mətbuat katibi cənab Askar Mujred-in verdiyi məlumata görə, bu görüş noyabrın 7-ində Avropa parlamentinin binasında AP üzvü və İran üzrə komissiyanın məsulu prof. Jozef Vaiden Holzer ilə baş tutub. Bu bir saat 30 dəqiqəlik görüşdə güney Azərbaycan təşkilatlarından və siyasi fəallarından bir sıra güney Az. Problemlərinə işarə ediblər. Görüş ərzində güney Azərbaycanın tarixi – coğrafi, insan haqları və urmu gölünün qurudulmasi haqda hazırlanmış buruşur və vüzvələr cənab Jozef-ə təqdim olunub. O bu görüşlərin əhəmmiyət daşıdığını bildirərək əlavə edib ki noyabrın 27- ində Avropa parlamentinin İran üzrə komissiyon yığınczğında bu görüş haqda danışacağını bildirib

Digər cüzvələrdən ki prof.Jozefə təqdim olunub. Güney Azərbaycanda insan haqlarının pozulmasi ilə əlaqədardı. AP-nümayəndəsi güney Azərbaycanda siyasi fəalların durumundan yüksək dərəcədə üzgün olduğunu vurqulayaraq, 160 səhifəlik insan haqları hesabatını Avropa parlamentinin insan haqları komissiyonuna göndərib. Görüşün sonunda güney Azərbaycan türk millətinin istəklərini bütün beynəlxalq təşkilatlarına bildirəcəyini və gələcəkdə güney Azərbaycan İranın önəmli siyasi məsələrinin birinə çeviriləcəyini xatırladıb

Bu görüşün ən önəmli və əsas nüqtələri :

Azərbaycanın tarixi ərazilərinin iki hissəyə bölünüb və 35 milyon Azərbaycan türkünün İran hakimiyyətinin əsarətində qalması.

Güney Azərbaycan ərazi bütövlüyü və coğrafi yerləşimi.

Güney Azərbaycanda insan haqlarının pozulması və geçən 4 il ərzində insan haqlarının pozulmasının hesabatı.

Urmu gölünün qurudulmasına dair yürüdülən siyasət.

GADP-nın mətbuat katibi cənab Askar Mujred-in verdiyi məlumata görə bu görüşlərdə GADP sözcüsü sayın Mahmud bəy Bilgin- güney Azərbaycan öyrənci hərəkatının sözcüsü Əmir bəy Mərdani- G.A qadın haqları fəallı Ayda xanım Bilgin və GADP-nın gənclər bölməsinin məsulu Polad bəy Kərimli iştirak ediblər

Bu heyət noyabrın 5-ində Avropa şurasının nümayəndəsi və Avropa birliyi üzrə komissiya koordinatorunun sədr muşaviri cənab İlya Subbitin ilə də görüşüb və danışıqlar aparıblar. O bu görüşdə İran hakimiyətinə qarşı yüksək səviyyədə sanksiyalar tətbiq etməklə, İranın ırqçı siyasətlərinin qarşısını almağa cəhd göstərmək imkanı olduğunu izah edib

Cənab Subbutin Əhər və Vərziqan bölgəsində, deprəmdən zərər çəkənlərə İran hakimiyyəti tərəfindən yetərincə yardım göstərilməməsi, bu hadisədə bir sıra mədəni fəallar ki zərər çəkənlərə yardım etməyə çalışıblar İran rejimi tərəfindən saxlanıb və həbs olunduqlarını, hakimiyyətin çirkin siyasəti adlandıraraq bu hadisəni ətraflı olaraq araşdıracağını bildirib. Lakin cənab İlya təkid edərək xatırladıb ki bu məsələni Avropa şurasının insan haqları komissiyasına bəyan edəcəyini və bu tür insanlığa .sığışmayan hərəkatı, ciddi rejimdə araşdırılmasını tələb edəcəyini bildirib

http://tabrizpost.com/index.php?option=com_content&view=article&id=1488:avropa-parlamentinin-nuemayndsi-bir-qurup-gueney-azrbaycan-siyasi-fallarla-grueueb&catid=1:1389-12-20-06-56-34

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter