English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranın Ermənistanda silah təbliğatı

AZOH: Gürcüstanla Rusiya arasında hərbi tranzit barədə 2006-cı ildə imzalanmış müqavilənin qüvvədən düşməsi və müqavilənin vaxtının uzadılmaması ilə bağlı prezident Mixail Saakaşvilinin parlamentə ünvanladığı müraciət haqqında yayımladığımız xəbərdə Tehran rejiminin yaranmış vəziyyətdən istifadə edəcəyini yazmışdıq

Azərbaycan ərazilərinin işğalında Ermənistan üçün "həyat qapısı" rolunu oynayan İran bu dəfə də öz ənənəvi hiyləgərliyindən əl çəkməyərək işğalçı ölkəyə yardım əlini uzatmaq qərarına gəlib.

Daha öncə "Xalq Cəbhəsi" qəzetində yayımlanan yazılarda Gürcüstanla Rusiya arasında imzalanmış müqavilənin qüvvədən düşməsi nəticəsində Ermənistana silah-sursatın daşınması ilə bağlı ciddi problemlərin yaranacağını bildirmişdik və qeyd etmişdik ki, bu prosesdə Tehran rejimi İrəvana və Moskvaya öz xidmətlərini təklif etməkdən çəkinməyəcək.

Tehran rejiminin mahiyyətinə yaxşı bələd olduğumuz üçün proqnozlarımızın gerçəkləşməsi özünü heç "qırx gün" də gözlətmədi.

Beləki, dünən İrəvanda Ermənistan dövlət orqanlarının və müdafiə nazirliyi təmsilçilərinin, eləcə də Tehran rejiminin bu ölkədəki səfirinin iştirakı ilə İran ordusu günü qeyd olunub. Ordu gününə həsr olunmuş tədbirdə isə İranın hərbi sənaye kompleksinin təbliğinə həsr olunmuş sərgi iştirakçıların ixtiyarına verilib. Ermənistan müdafiə nazirliyinin təmsilçiləri və dövlət rəsmiləri bu sərgidə təqdim olunan videomateriyallar, bukletlər və digər əyani vəsaitlər vasitəsilə İran silahlarıyla tanış olublar.

Tədbirdə çıxış edən Ermənistanın müdafiə nazirinin müavini Ara Hazaryan İran istehsalı olan müasir silahların maraq doğurduğunu bildirib və İran ordusunun ünvanına təriflər yağdırıb: "İran ordusu bu günkü səviyyəsinə çatmaq üçün çox çətin və ağır bir yol keçib, dövlətin maraqlarını və xalqın təhlükəsizliyini qorumaq istiqamətində missiyası ləyaqətlə yerinə yetirib".

XALAQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter