English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Milli fəal azadlığa buraxılıb

AZOH: İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. Vahid Həbibçeşmə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən iyunun 27-də, Səhənd şəhərində, atasının evində həbs olunub. Azərbaycanlı fəal 42 gün «Ettelaat»ın təcridxanasında saxlanıldıqdan sonra avqustun 6-da Təbrizin mərkəzi həbsxanasına köçürülüb. Sonradan Vahid Həbibçeşmə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində hakim Rəhim Həmlbərin sədrliyilə keçirilən iclasda hakimiyyətin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərməkdə günahlandırılaraq bir il azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülən ittihamlara sübut kimi «Susma» dərgisini nəşr etdirmək göstərilib. Ancaq Vahid Həbibçeşmə «Ettelaat»da və istintaq zamanı bunu işgəncələr altında etiraf etməyə məcbur qaldığını bildirib. Onun vəkili bununla bağlı məhkəmə sədarətini məlumatlandırsa da, amma hakim bunu nəzərə almayıb. Nəticədə Vahid Həbibçeşmə 6 ay qəti və 6 ay şərti həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, İran qanunlarına görə, həbs müddətinin yarısını çəkən məhbuslar cəzasının çəkilməmiş hissəsindən azad olunurlar. Bəzi hallarda onların təcridxanada saxlanıldıqları müddət də nəzərə alınır.

Xatırladaq ki, Vahid Həbibçeşmə 2012-ci il fevralın 21-də Ümumdünya Ana Dili Günündə də «Ettelaat» əməkdaşları tərəfindən həbs olunmuş və 80 gün saxlanıldıqdan sonra ona qarşı irəli sürülmüş bütün ittihamlardam bəraət alaraq Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılmışdı.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter