English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Türkiyədə seçki yarışı intensivləşir

AZOH: Türkiyədə bu il iyunun 12-də parlament seçkiləri keçiriləcək. Seçki öncəsi Türkiyənin daxili siyasətində bir canlanma müşahidə olunur. Məlumat üçün bildirək ki, martın 14-ü seçki prosesi, martın 18-də isə seçicilərin siyahıya alınması prosesi başlayıb. 31 martda isə seçicilərin siyahıya alınma prosesi sona çatıb. 24 apreldə seçici məlumat kağızlarının hazırlanması və paylanmasına başlanılacaq, 29 apreldə partiya namizədləri, müstəqil namizədlər elan ediləcək, 12 iyundə isə parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər sonuncu dəfə 22 iyul 2007-ci ildə keçirilib. Həmin vaxt Rəcəb Tayyib Ərdoğanın başçısı olduğu AKP namizədləri seçicilərin ümumi səsinin 46,66 %-ni toplayaraq parlamentdə hakim partiya ünvanını qazanıb. İkinci böyük təmsilçisi olan partiya CHP-dir. Onlar seçki vaxtı seçicilərin 20,85%-nin etimadını qazanıblar. Hazırda parlamentdə AKP-ni təmsil edən 336, CHP-ni təmsil edən 103 millət vəkili var. Türkiyədə millət vəkilləri ən çox İstanbul şəhəri üzrə seçilir. İkinci yerdə Ankara, üçüncü yerdə İzmir şəhəri gəlir. Bir müddət öncə Türkiyədə referendum keçirilmiş və Ədalət və İnkişaf partiyası tərəfindən ölkə konstitusiyasına irəli sürülən əlavə və dəyişikliklər 58 faiz səslə qəbul olunub.

Türkiyədəki seçkilər Azərbaycanda da böyük maraqla gözlənilir, siyasilər seçki öncəsi prosesi həvəslə izləyirlər. Azərbaycan siyasilərinin qardaş ölkədəki seçki proseslərilə bağlı maraqlı qənaətləri var.

Ümid Partiyası sədrinin müavini Ənvər Ağayev seçkidə mübarizə əsasən iki partiya-AKP və CHP arasında gedəcək: "Mənim şəxsi rəğbətim CHP-yədir. Daha çox Kılıcdaroğlunun fəaliyyətini izləyir, onun görüşlərilə maraqlanıram. Arzu edərdim ki, CHP Türkiyədə təkbaşına hökumət qura bilsin. Ancaq reallıqlar başqadır, AKP nüfuzunu qoruyub saxlaya bilib. Buna baxmayaraq düşünürəm ki, AKP ötən seçkiylə müqayisədə daha az səs toplayacaq. Ola bilsin ki, səslər AKP ilə CHP-nin arasında bölünsün. Mənim təxminimə görə, çox cüzi fərqlə bu iki partiyadan biri öndə olacaq. MHP-nin isə bu iki partiyadan xeyli geri qalacağını proqnozlaşdırıram".

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov AKP-nin qalib olacağını proqnozlaşdırır: "Müşahidələr göstərir ki, rəqibləri AKP-ni üstələ biləcək gücdə deyillər. Doğrudur müxalifət müxtəlif cəhdlər həyata keçirir, ancaq onların qalib olacağı az inandırıcıdır. Hesab edirəm ki, CHP ikinci olacaq. Bütün bunlarla yanaşı onu da vurğulamaq lazımdır ki, seçkiyə qədər çox şey dəyişə bilər".

Politoloq Qabil Hüseynli deyir ki, müxalifət partiyaları seçki öncəsi mətbuatın birlik çağırışlarına reaksiya verməyib, həm MHP, həm də CHP təkbaşına iqtidarda təmsil olunmaq iddiasındadırlar: "Amma reallıqdır ki, AKP-nin reytinqi yüksək olaraq qalır. Buna baxmayaraq, seçkilər yaxınlaşdıqca müxalifətdə olan partiyaların reytinqinin daha da artacağı gözlənilir. Bu səbəbdən AKP-nin parlamentdə böyük üstünlüklə qələbə qazanmaq ehtimalı o qədər də yüksək deyil. Tamamilə mümkündür ki, koalisiyalı hökumət qurulsun".

Qabil Hüseynli bu fikirdədir ki, AKP-nin son vaxtlar milli azlıqlarla bağlı siyasəti verilən səslərdə özünü göstərəcək, yəni bu cür partiyanın nüfuzuna müəyyən qədər zərbə vurub.

Politoloq Vaqif Arzumanlının fikrincə, hakim AKP yenə də üstünlük qazanacaq. Ancaq ekspert AKP-nin kifayət qədər səs toplamamasını da mümkün sayır

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter