English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BMT-dən İrana xəbərdarlıq

AZOH: BMT İnsan Haqları Komitəsində keçirilən səsvermədə 81 ölkənin səsiylə qəbul edilən qətnamədə Tehran rejimindən insan haqları pozuntularına son qoyması və dinc aksiyalarda iştirak etdiyi üçün həbs edilən vətəndaşların azadlığa buraxılması tələb edilib. Səsvermədə iştirak edən 31 ölkə bu qətnamənin əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

Komitə İrandakı işgəncələr, idam cəzası, azlıqların öldürülməsi, vəkillər və jurnalistlər də daxil olmaqla insan haqları müdafiəçilərinin sistematik şəkildə hədəf göstərilməsi kimi hallardan narahatlıq keçirdiyini bəyan edib.

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid tərəfindən keçən ay hazırlanan hesabatda bu ilin yanvar-iyun ayları arasında İranda 141 nəfərin edam edildiyi bildirilib. Sənəddə ifadə azadlığı və insan haqlarını pozmamaq və cəmiyyətdə sülh prosesinə töhfə vermək üçün Tehranın ölkənin təhlükəsizliyini təhdid edən cinayətlərin təfsirini verməsinin vacib olduğu vurğulanıb.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter