English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Suriyada etirazçıların dəfn mərasimləri gülləbaran edilir

AZOH: Ötən Cümə günü hökumətə qarşı etiraz aksiyaları bütün Suriya boyunca baş verib və hökumətin bu etirazlara cavabı son dərəcə qəddar olub.

Suriyadan alınan xəbərlərdə deyilir ki, təhlükəsizlik qüvvələri Cümə günü etirazlarında öldürülənlərin dəfn mərasimində iştirak edənlərə atəş açıblar.

Suriyadakı fəallar bildirirlər ki, son iki gündə təhlükəsizlik qüvvələri tərəfindən 100-dən artıq adam öldürülüb.

Bu arada xəbər verilib ki, Suriya parlamentinin iki üzvü və hökumət tərəfindən təyin edilmiş dini xadim qan tökülməsinə etiraz olaraq istefa verirlər.

Bu da bildirlir ki, həmçinin ölkənin cənubundakı İzrada 5 nəfər güllələnib.

Dəfn mərasimlərinə on minlərlə insanın qatıldığı xəbər verilib.

ABŞ prezidenti Barak Obama Suriyanı insan haqlarını kobud şəkildə pozmaqda ittiham edib.

O deyib ki, prezident Bəşər əl-Əsədin islahatlara dair vədləri ciddi deyil.

Barak Obama vurğulayıb ki, zorakılıq dərhal dayandırlmalıdır.

O həmçinin İranı Suriyadakı etirazları yatırmaqda hökumətə kömək etməkdə günahlandırıb.

Prezident Obamanın bu çox kəskin bəyanatı Suriyada etirazçılara qarşı ən pis zorakılığın törədilməsindən sonra səslənib.

O deyib ki, Suriyada onilliklərdir ki, davam edən fövqəladə vəziyyətin ləğvi kifayət qədər ciddi addım deyil.

O Suriya prezidentini tutduğu kursu dərhal dəyişməyə çağırıb.

Vaşinqton bundan əvvəl də Dəməşqə dair kəskin bəyanatlar verib, lakin indi Bəşər əl-Əsəd üzərinə konkret təzyiq vasitələri istiqamətində addımlar atıla bilər.

Birləşmiş Ştatlar həmçinin Suriyanı terrorçuluğu maliyyələşdirməkdə ittiham edir.

Suriya uzun müddətdir ki, Yaxın Şərqdə İranın ən yaxın müttəfiqi rolunu oynayır və bir çox şərhçilər bu qənaətdədirlər ki, Vaşinqton konkret hərəkətə keçməlidir.

Məsələ burasındadır ki, Suriya üzərinə konkret təzyiq vasitələri o qədər də çox deyil.

Suriyanın özünə gəldikdə isə, burada Şənbə günü anti-hökumət etirazçılarının dəfn mərasimi keçirilir.

Zorakılıqlarda azı 70 nümayişçinin həlak olduğu xəbər verilib.

Ötən Cümə günü hökumətə qarşı etiraz aksiyaları bütün Suriya boyunca baş verib və hökumətin bu etirazlara cavabı son dərəcə qəddar olub.

Son beş həftə ərzində Suriyada anti-hökumət etirazçılarının dəfni bir qayda olaraq mitinqlərə çevrilir.

Cümə günü etirazçıları dağıtmağa cəhd edən təhlükəsizlik qüvvələri adamlara atəş açıblar.

Suriyada xarici jurnalistlərin olmadığına görə oradan alınan əsas informasiya müxalifətin telefonla göndərdiyi videoçəkilişlər formasında daxil olur.

Suriya hökuməti isə bildirir ki, bu videosüjetlər saxtadır.

Rəsmi agentlik bildirir ki, “quldur dəstələri saxta videolar çəkmək üçün əllərində içi qanla dolu şüşələr gəzdirirlər”.

Rəsmi xəbər agentlikləri ümumiyyətlə çox məhdud etiraz aksiyalarının baş verdiyini iddia edirlər.

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter