English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“Traktor” tərəfdarlarının etiraz aksiyasında yaralananlar, həbs edilənlər var

AZOH: Təbrizin “Traktor” futbol komandasının tərəfdarları dekabrın 3-də Tehranın “Azadlıq” stadionunda keçirilən yerli, farsların öyündüyü “Perspolis”lə “Traktor”un görüşündə etiraz aksiyası keçiriblər.

APA-nın məlumatına görə, «traktor»sevərlər oyunun 20-ci dəqiqəsində köynəklərini soyunmaqla Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərərçəkənlərə dövlətin laqeyd münasibətinə etiraz ediblər. Aksiyaya müdaxilə edən polislə azarkeşlər arasında qarşıdurma baş verib. Təbrizdən APA-ya daxil olan məlumata görə, “Traktor” azarkeşlərindən həbs edilənlər və yaralananlar da var. Ancaq hələlik onların sayı və kimliyi haqqında məlumat yoxdur.

20 min azarkeşin izlədiyi oyunda “Traktor” komandası “Perspolis”i 1:0 hesabla məğlub edib.

Xatırladaq ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə yenidən zəlzələ baş verib. Noyabrın 16-da isə 10 nəfərin xəsarət alması ilə nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter