English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qərbi Azərbaycandakı qızlar məktəbində yanğın olub

AZOH: Dekabrın 5-də İranın Qərbi Azərbaycan əyalətində qızların təhsil aldığı ibtidai məktəbdə yanğın olub. “Media forum” saytının məlumatına görə, hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib. Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb.

Məlumatlara görə, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzindəki - Urmiya şəhərindəki xəstəxanalara köçürülüb. Onlardan 8 nəfərinin səhhətinin kəskin olduğu bildirilir.

Hadisədən az sonra jurnalistlərə açıqlama verən İran parlamentinin deputatı Rəsul Xezri rəsmilərin cavabdeh olduğunu vurğulayaraq təhsil nazirini istefa verməyə çağırıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter