English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Liviyada 6 İran casusu həbs olunub

AZOH: Liviyada saxta Türkiyə pasportu daşıyan 6 İran casusu həbs olunub. Onların ikisinin «Sakinə» və «Saniyə» kimi qadın adları daşıdığı məlum olub. Agentlərin Liviyada Türkiyə vətəndaşları adı altında iğtişaş törətmək niyyətləri də ortaya çıxıb. İranlı agentlərin üzə çıxamasına məhz «Sakinə» və «Saniyə»nin özlərini şübhəli aparması səbəb olub. Şübhəliləri sorğuya alan kimi İran səfirliyi məsələyə qarışıb və agentlərin iranlı olduğunu Liviya rəsmilərinə çatdırıb. Türkiyə səfirliyi və Xarici İşlər Nazirliyinin vasitəçiliyilə Liviya Milli Təhlükəsizlik Nazirliyinə təcili xəbərdarlıq göndərilib. Beləliklə, Suriya ilə bağlı mövcud gərginliklə yanaşı, Liviya-Türkiyə-İran üçlüyü arasında yeni böhranlı anlar yaşanıb. Son məlumatlara görə, Liviya təhlükəsizlik gücləri altı nəfəri sorğuya alıb. Sorğuda məlum olub ki, altı nəfərin hamısı iranlı agentdir. Türklərə Liviyada göstərilən hörmət və sərbəst dolaşa bilmə imkanı verildiyi üçün agentlər bundan istifadə ediblər. Onlar şəkillərini dəyişərək Türkiyə vətəndaşı olduqlarını göstəriblər. İstintaq zamanı onların qeyri-qnuni təşkilatlarla birgə Liviyada sensasion iğtişaşlar törədəcəyi bəlli olub. Bildirilir ki, mövcud məsələ üzərində Türkiyə və Liviyanın Təhlükəsizlik nazirlikləri birgə işləyir. Liviya rəsmiləri isə agentlərin daha çox olduğunu və bununla bağlı araşdırmaların aparıldığını deyiblər.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter