Güney Azərbaycanda qızlar məktəbində yanğın
AZOH: Dekabrın 5-də Güney Azərbaycanda (İranın Qərbi Azərbaycan vilayəti) qızların təhsil aldığı ibtidai məktəbdə yanğın olub. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib. Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb. Məlumatlara görə, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzindəki — Urmiya şəhərindəki xəstəxanalara köçürülüb. Onlardan 8 nəfərinin səhhətinin çox pis olduğu bildirilir. Hadisədən az sonra jurnalistlərə açıqlama verən İran parlamentinin deputatı Rəsul Xəzri rəsmilərin cavabdeh olduğunu vurğulayaraq təhsil nazirini istefa verməyə çağırıb.
XC