English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran hakimiyyəti «qanqster rejimi»dir

AZOH: Dekabrın 5-də ABŞ Konqresinin Avropa və Avrasiya üzrə alt komitəsi «İranın Cənubi Qafqaza təsiri və ətraf region» mövzusunda dinləmə təşkil edib. Müzakirələrdə Azərbaycan-İran münasibətlərinə də toxunulub. Konqresmen Deyn Rorabaher İran hakimiyyətini «qanqster rejimi» adlandırıb. Onun sözlərinə görə, İran hakimiyyəti azərbaycanlıların hüquqlarını kobud şəkildə pozur: «Bütün millətlər kimi İrandakı azərbaycanlıların da azad olmaq hüququ var və bir amerikalı olaraq azərbaycanlıların azad yaşamaq hüququnu dəstəkləyirəm». Amerikalı konqresmen Azərbaycan hökumətini İrandan qorxmadığına görə alqışlayaraq əlavə edib ki, İranın Azərbaycanda radikal şiəliyi yaymaq niyyətinə baxmayaraq rəsmi Tehran bu məqsədinə nail ola bilməyib.

Region üzrə ekspert Brenda Şaffer deyib ki, İran rejimi yalnız sözdə müsəlmanların hüquqlarını müdafiə edir, reallıqda isə azərbaycanlıların hüquqlarını pozur.

Konqres komitəsinin təmsilçisi Qreqori Miks deyib ki, Azərbaycanla İran arasında din yaxınlığına baxmayaraq, rəsmi Tehran Qarabağ münaqişəsində Ermənistanın tərəfindədir: «İranlılar Qafqaza yaxın xaric kimi baxırlar və elə hesab edirlər ki, regionda iqtisadi, siyasi və diplomatik baxımdan üstün olmaq hüququna malikdirlər».

Amerika Sahibkarlıq İnstitutunun elmi əməkdaşı Maykl Rubin (Pentaqonun İran və İraq üzrə keçmiş müşaviri) qeyd edib ki, islam inqilabının ixracı İranın əsas məqsədi olaraq qalır: «İran Cənubi Qafqazda öz səylərini Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir, öz nüfuzunun artırılması üçün xeyriyyə fəaliyyətindən istifadə edir. Amma Azərbaycan xalqı mühüm dərəcədə Qərbyönlü oriyentasiyanı saxlayır və İranın hökmranlığını qəbul etmək istəmir».

«Heritage» Fondundan Ariel Koen deyib ki, İran Xəzər dənizinin bölünməsində müqavimət göstərməklə müasir boru kəməri infrastrukturunun inşasına və beynəlxalq energetika şirkətlərinin iştirakıyla regionun enerji resurslarının işlənməsinə əngəl törədir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter