English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

WikiLeaks: Quantanamoda saxlananların çoxu terrorçu deyilmiş

AZOH: Amerikanın Quantanamo hərbi bazasındakı həbsxanada uzun illər günahsız şəxslərin saxlandığı məlum olub.

«WikiLeaks»in yaydığı ABŞ Müdafiə Nazirliyinə məxsus məxfi məlumatlardan bu qənaətə gəlmək mümkündür. Həmin materialları bir çox qəzetlər, o cümlədən «The Guardian» yayıb.

Sənədlərdə Quantanamoda məhbus həyatı yaşamış 779 adamın hər biri haqqında məlumat var. Onlardan yalnız 220 nəfəri təhlükəli terrorçu hesab olunub.

380 nəfər Əfqanıstan və Pakistandan olan adi döyüşçülərdir. Onlardan 150 nəfəri bu ölkələrin vətəndaşları olsa da, terror fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb.

Quantanamoda 2002-ci ildən terrorçuluqda ittiham olunan xarici vətəndaşlar saxlanılır.

Hazırda bu həbsxanada 172 adam məhbus var.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter