English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKLƏR VAŞİNQTONDA MÖHTƏŞƏM AKSİYA KEÇİRİB

AZOH: Vaşiqntonda bu gün türklər və ermənilər qarşılıqlı aksiya keçiriblər.

Türkiyə səfirliyi qarşısında keçirilən aksiyada bu dəfə türklərin sayı ermənilərdən çox olub.

Ermənilərin 1915-ci il olaylarının ildönümü kimi qeyd etdikləri 24 aprel münasibətilə türklər günlərcə öncədən hazırlıqlara başlayıblar.

Vaşinqton və ətrafında yaşayan türklər sabah saatlarından etibarən bayraqlar və plakatlarla səfirlik binasının qarşısındakı səkidə toplanıblar.

Azərbaycan türklərinin də iştirak etdiyi aksiyada Türkiyə, Azərbaycan və Amerika bayraqları qaldırılıb. Nümayişçilər ermənilərin 1915-ci ildə türkləri qətlə yetirməsini və Qarabağın işğalını anladan plakatlarla nümayiş etdiriblər və marşlar səsləndiriblər.

Səfir Namiq Tan aksiyadan sonra Türkiyə və Azərbaycan türklərini səfirliyə çağıraraq təşəkkür edib.

Səfir ilk dəfə aksiya keçirən türklərin sayının ermənilərdən çox olduğunu bildirərək, bunun nə qədər önəmli olduğunun hər kəsə izah edilməsinin vacibliyini vurğulayıb.

Səfir "bu məsələdə birlikdə lazımi addımlar atılmazsa, nəticə alınmaz" deyib.

Türk Amerikan Dərnəkləri başqanı Günay Evinc də bu günün Türkiyə-Amerika tarixində dönüş nöqtəsi olduğunu qeyd edərək, Amerikadakı türklərin öz haqlarından istifadə etməyə başladıqlarını söyləyib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter