English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان قورتولوش پارتیاسی‌نین باشقانی ائلدار قاراداغ‌لی‌نین رئفئراندوملا باغلی یئنی آچیقلاماسی!

عزیز میللتیمیز!

سایین مئدیا و کیو ! 2012-12-12 تاریخینده 9 ایمضا‌لی بیر رئفئراندوم بیلدیریشی‌نین یاییلماسی‌نین آردین‌دان گاقپ-نین یؤنتیم قورولوی بیر آچیقلاما وئره‌رک ایمضاسی‌نین بیر آنلاشیلمازلیق اوزون‌دن آتیلماسینی یازمیش و آدی‌نین او بیلدیریش‌دن چیخاریلماسینی ریجا ائتمیش‌دیر.1.    گاقپ-نین ایمضانین نئجه آتیلماسیندا آذربایجان میللی دیرنیش تشکیلاتی‌نین سؤزچوسو سایین داوود توران ایله گونئی آذربایجان قورتولوش پارتیاسی‌نین یؤنتیم اویه‌سی و آمئریکا تمسیلچی‌سی سایین رضا سلهشور آراسیندا قیسسا دیالوق و آنلاشما اولموش‌دور. بو دیالوقدا رضا بی “یاخشی اولار کی بو رئفئراندوما 2 ایل سوره تانینئیدی” و یا بنزر سؤز ایشلتمه‌سی اولموش‌دور. رضا بیین بو حاقدا منه وئردیگی بیلگیده، بو سؤزون شرط اولدوغو آنلاشیلمیش‌دیر. بو ایسه، حاق‌لی اولا‌راق سایین داوود توران بیین طرفین‌دن تپکی قونوسو اولموش‌دور. رضا بی ایسه، داوود بیله آرا‌لاریندا گئچن سؤزه آیدین‌لیق گتیره‌رک اورتادا هر هانسی بیر شرطین اولماماسی‌نین آلتینی جیزمیش‌دیر. من بو قونو ایله باغلی هم اؤزوم و هم سایین رضا بی سلهشور طرفین‌دن سایین داوود توران بی‌دن اوزور دیلییرم. آنجاق:

2.    قورتولوش پارتیاسی بوگوندک هر هانسی بیر میللی قورومون و میللی شخصیتین اخلاق و سیاسی اعتبارینا قارشی اولمامیش، قارالاما، آلچالتما و اتهام ائتمه کیمی گیریشیمده بولونمامیش‌دیر. گاقپ-ای بوتون ایمکان‌سیزلیغی ایله، بیر دیری و گوندمده اولان میللی قوروم‌دور. بونو آمئریکادا-آوروپادا سیاسی موتیواسیونونو میللی‌لش‌دیرن و یا دیشاریدا سیاسی‌لشن کیمسه‌لر بیلمه‌سه ده، ایللر بویو گونئی‌دن قورتولوشو ایزله‌ین دیرنیش سؤزچوسو بیلمه‌لی‌دیر. بیز، بونا اینانمیشیق کی، هر هانسی یالنیشیمیز میللی سیاسی حیاتیمیزین قوپولماز بیر پارچاسی‌دیر. آنجاق، مؤهکم تمل‌لریمیز اوزرینده اولدوغوموز اوچون، یالنیش‌لیق‌دان دؤنمیی ده، یالنیش یولدا اولان‌لاری دا اویارماغی اؤیرنمیشیک.

3.    بیز بونا ایناریریق کی، سینیرلی و هیرسینی اؤنلمزدن اؤنجه اورتایا قویولان هر هانسی تپکی‌نین آردین‌دان بؤیوک اوتانج دویغوسو آرانابی‌لر. بو اوزدن،سایین د.تورانین قورتولوشا قارشی سینیردیشی تپکی‌سینی ده بو باغلامدا گؤرور و بیزی اخلاق‌سیز، دوزمباز، یالانچی، آز قالا دوشمن سیراسیندا یئرلشدیرمه‌سی‌نین قضاوتینی اؤز ووج‌دان‌لارینا و تاریخه بوراخیریق. دیرنیش بونو بیلمه‌لی‌دیر کی، قورتولوش اوچون چوخ دیرلی و قارداش قوروم‌دور. قورتولوش پارتیاسی دیرنیش تشکیلاتینا قارشی اولوم‌سوز احتیمال‌لارین قارشی‌سیندا‌دیر. داوود بیین قورتولوشلا باغلی گؤزدن گئچیرمک ایستیینه بیز ده قاتیلیریق. قوی داوود بی، قورتولوشو یوز کره گؤزدن گئچیرسین. بیز امینیک کی، یوز دفعه‌دن سونرا بیزه ساری قوشان یئنه دیرنیش تشکیلاتی اولا‌جاق‌دیر. قورتولوشون بیل‌دیری‌لری اؤزل آدرئسس‌لره، قوروپباز قوروپ‌لارا دئییل بوتون آچیق آدرئسس‌لره گؤندریلیر. بیزیم تبلیغات آنلاییشیمیزدا “مجهوللول هؤویه، ملومولهال” کیمی گیزلی ادبیات یوخ‌دور. بیزده دوست، طرف‌سیز، دوشمن تبلیغات آلان‌لاری وار. و بیز بون‌لارین هامی‌سینا دوشونجه‌میزین نه اولدوغونو آچیقجاسینا دئییریک. اؤزلرینی اولوسوموزون آغاسی، باباسی، بانی‌سی، صاحبی کیمی گؤرن‌لرین بیزیم گؤزوموزدکی آغیرلیق‌لاری یونگول دوشونجه‌لری قدردیر. “هه علیمده کسکین بیچاق وار” فارسچی رئژیم سایاغی موخالیف دوچونجه‌لری کسرم-بیچرم، مووافیق‌لری ده، کونترولومدا ساخ‌لارام!” کیمی سوسدورماچی اویون‌لار دا بیزی اؤزگور و باغیم‌سیز یولوموزدان قویاماز! بیز فیکیر زنگینلیگیمیزله اؤیونوروک. بیزیم سیته‌میز ده، تو-میز ده، دولارلاریمیز دا میللتیمیزدیر. میللتیمیزه ایناندیغیمیز اوچون نه باشیمیزین اوستونده صاحب، نه الیمیزین آلتیندا نؤکر توتماریق و توتاماریق دا، چونکی میللتیمیزینیک!

4.    2012-12-15 تاریخینده “قورتولوش”او چیپماق اوچون خسته آغیزلارین بوش بوغازلارینا فورصت دوشدو. تو آدی ایله چیخیش ائدن صیفیر سویه‌لی بیری‌سی گؤزلرینی یومدو و کول آغیزینی آچدی. سؤزسوز کی، گاقپ-نین بئله صیفیر سوییه‌لی کوچه آدامی ایله پایلشا‌جاق قوزو یوخ‌دور! سن اؤز یولونا، بیز آدام‌لیق یولونا!

5.    ندن رئفئراندوم ایستیینه قاتیلمیریق؟ ایمضا آتان بوتون قوروم‌لارین دا وورغوسونا گؤره، ایران آدلانان فارسچی رئژیمین آیدین آنلامدا فاشیست، راسیست، فوندامئنتال، باسقیچی، آنتی‌تورک و زیددبشر اولدوغو دانیلمازدیر. بئله آتموسفئرده رئفئراندوم ایستیی:

آ) سادالانمیش اؤزل‌لیک‌لری ایله دونیادا تانینمیش بو رئژیمه دئموکراتیک چاره آختارماق‌دیر.

ب) میللی دیرچلیشین چوخ اینجه دوروموندا اولان آذربایجان تورک میللتینی بیلمه‌دن، رئژیمین سیاسی دوزاق‌لارینا سوروکلن‌دیرمک‌دیر!

ج) میللتیمیزین گئد-گئده آیدین‌لاشان میللی یؤنتمینی یئنی‌دن ایران ایچره سیاسی ساللاق‌خانایا اوغراتماق‌دیر!

د) میللتیمیزین آچیلان قورتولوش یولونو فارسچی رئژیمین قوندارما، هیلکار سس سیستئمی ایچینده باغماق‌دیر.

ائ) میللی قوروم‌لارین اورتاق دوشونجه‌سی حالینه گلممیش چوخ اؤنم‌لی نوفوس و خریته کیمی تمل دایاق‌لارین رئژیمین مئیدانینا ایتلنمه‌سی! رئژیمین بو چاشباش‌لیق‌دان یارارلانا‌راق اراضی یاراتما ایستراتئژی‌سینی هامارلاماق‌دیر.

ف) بو بیر رئکلام‌دیر. بیر اؤن گؤرودور دیگیب ایمضا آتان تشکیلات‌لارین بیلمه‌دن “ایران مرکزلی فارسجی” اویونا گیرمه‌سی چوخ اوزوجودور. گونئیین میللی سیاسی قورتولوش ساواشی درین رادیکالیزم طلب ائدرکن باتی‌نین لیبئرال دوشونجه‌لری‌نین گونئیه داشینماسی چوخ زامان‌سیز و آجیما‌سیز بیر داربا‌دیر.

و بیر چوخ فاکت‌لارا گؤره، گاقپ-نین بئله اوجوزلوق‌لارا گئتمه‌سی مومکون دئییل‌دیر.  بیز گاقپ اولا‌راق نه رئژیمین و نه ایچری‌دکی آذربایجان میللی حرکاتین چالیشقان‌لاری‌نین بو درجه ساده اولماسینا اینانمیریق. نه یاخشی کی، اینانان‌لار، اینانمایان‌لارا قارشی سؤیوش، کوچه سؤزو دئییل، دیالوق چاغیریشی یاپسین‌لار!

گونئی آذربایجان قورتولوش پارتیاسی‌نین باشقانی

ائلدار قاراداغ‌لی

2012-12-17

Güney Azərbaycan Qurtuluş Partiyasının başqanı Eldar Qaradağlının Referandumla bağlı yeni açıqlaması!

Əziz Millətimiz!

Sayın mediya və KİV ! 2012-12-12 tarixində 9 imzalı bir Referandum bildirişinin yayılmasının ardından GAQP-nin Yönətim Quruluı bir açıqlama verərək imzasının bir anlaşılmazlıq üzündən atılmasını yazmış və adının o bildirişdən çıxarılmasını rica etmişdir.1.    GAQP-nın imzanın necə atılmasında Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü sayın Davud Turan ilə Güney Azərbaycan Qurtuluş Partiyasının Yönətim Üyəsi və Amerika Təmsilçisi sayın Rza Sələhşur arasında qıssa dialoq və anlaşma olmuşdur. Bu dialoqda Rza bəy “Yaxşı olar ki bu referanduma 2 il sürə tanıneydi” və ya bənzər söz işlətməsi olmuşdur. Rza bəyin bu haqda mənə verdiyi bilgidə, bu sözün şərt olduğu anlaşılmışdır. Bu isə, haqlı olaraq Sayın Davud Turan bəyin tərəfindən təpki qonusu olmuşdur. Rza bəy isə, Davud bəylə aralarında geçən sözə aydınlıq gətirərək ortada hər hansı bir şərtin olmamasının altını cizmişdir. Mən bu qonu ilə bağlı həm özüm və həm sayın Rza bəy Sələhşur tərəfindən sayın Davud Turan bəydən üzür diləyirəm. Ancaq:

2.    Qurtuluş Partiyası bugünədək hər hansı bir milli qurumun və milli şəxsiyyətin əxlaq və siyasi etibarına qarşı olmamış, qaralama, alçaltma və ittiham etmə kimi girişimdə bulunmamışdır. GAQP-ı bütün imkansızlığı ilə, bir diri və gündəmdə olan milli qurumdur. Bunu Amerikada-Avrupada siyasi mütivasiyonunu milliləşdirən və ya dışarıda siyasiləşən kimsələr bilməsə də, illər boyu Güneydən Qurtuluşu izləyən Dirəniş sözçüsü bilməlidir. Biz, buna inanmışıq ki, hər hansı yalnışımız milli siyasi həyatımızın qopulmaz bir parçasıdır. Ancaq, möhkəm təməllərimiz üzərində olduğumuz üçün, yalnışlıqdan dönməyi də, yalnış yolda olanları da uyarmağı öyrənmişik.

3.    Biz buna inarırıq ki, sinirli və hirsini önləməzdən öncə ortaya qoyulan hər hansı təpkinin ardından böyük utanc duyğusu aranabilər. Bu üzdən,sayın D.Turanın Qurtuluşa qarşı sınırdışı təpkisini də bu bağlamda görür və bizi əxlaqsız, düzəmbaz, yalançı, az qala düşmən sırasında yerləşdirməsinin qəzavətini öz vücdanlarına və tarixə buraxırıq. Dirəniş bunu bilməlidir ki, Qurtuluş üçün çox dəyərli və qardaş qurumdur. Qurtuluş Partiyası Dirəniş Təşkilatına qarşı olumsuz ehtimalların qarşısındadır. Davud bəyin Qurtuluşla bağlı gözdən geçirmək istəyinə biz də qatılırıq. Qoy Davud bəy, Qurtuluşu yüz kərə gözdən geçirsin. Biz əminik ki, yüz dəfədən sonra bizə sarı qoşan yenə Dirəniş təşkilatı olacaqdır. Qurtuluşun bildiriləri özəl adresslərə, qurupbaz quruplara deyil bütün açıq adresslərə göndərilir. Bizim təbliğat anlayışımızda “məchullul höviyyə, məlumulhal” kimi gizli ədəbiyyat yoxdur. Bizdə dost, tərəfsiz, düşmən təbliğat alanları var. Və Biz bunların hamısına düşüncəmizin nə olduğunu açıqcasına deyirik. Özlərini ulusumuzun ağası, babası, banisi, sahibi kimi görənlərin Bizim gözümüzdəki ağırlıqları yüngül düşüncələri qədərdir. “Hə əlimdə kəskin biçaq var” farsçı rejim sayağı müxalif düçüncələri kəsərəm-biçərəm, müvafiqləri də, kontrolumda saxlaram!” kimi susdurmaçı oyunlar da Bizi özgür və bağımsız yolumuzdan qoyamaz! Biz fikir zənginliyimizlə öyünürük. Bizim sitəmiz də, TV-miz də, dolarlarımız da millətimizdir. Millətimizə inandığımız üçün nə başımızın üstündə sahib, nə əlimizin altında nökər tutmarıq və tutamarıq da, Çünki millətimizinik!

4.    2012-12-15 tarixində “Qurtuluş”u çıpmaq üçün xəstə ağızların boş boğazlarına fürsət düşdü. TV adı ilə çıxış edən sıfır səviyyəli birisi gözlərini yumdu və kül ağızını açdı. Sözsüz ki, GAQP-nın belə sıfır səviyəli küçə adamı ilə paylşacaq qozu yoxdur! Sən öz yoluna, Biz adamlıq yoluna!

5.    Nədən Referandum istəyinə qatılmırıq? İmza atan bütün qurumların da vurğusuna görə, İran adlanan farsçı rejimin aydın anlamda faşist, rasist, fondamental, basqıçı, antitürk və ziddbəşər olduğu danılmazdır. Belə atmosferdə referandum istəyi:

A) sadalanmış özəllikləri ilə dünyada tanınmış bu rejimə demokratik çarə axtarmaqdır.

B) milli dirçəlişin çox incə durumunda olan Azərbaycan Türk Millətini bilmədən, rejimin siyasi duzaqlarına sürükləndirməkdir!

C) Millətimizin ged-gedə aydınlaşan milli yöntəmini yenidən İran içrə siyasi sallaqxanaya uğratmaqdır!

D) Millətimizin açılan qurtuluş yolunu farsçı rejimin qondarma, hiləkar səs sistemi içində bağmaqdır.

E) Milli qurumların ortaq düşüncəsi halinə gəlməmiş çox önəmli Nüfus və Xəritə kimi təməl dayaqların rejimin meydanına itələnməsi! Rejimin bu çaşbaşlıqdan yararlanaraq ərazi yaratma stratejisini hamarlamaqdır.

F) Bu bir reklamdır. Bir ön görüdür diyib imza atan təşkilatların bilmədən “İran Mərkəzli Farscı” oyuna girməsi çox üzücüdür. Güneyin milli siyasi qurtuluş savaşı dərin radikalizm tələb edərkən batının liberal düşüncələrinin Güneyə daşınması çox zamansız və acımasız bir darbadır.

Və bir çox faktlara görə, GAQP-nın belə ucuzluqlara getməsi mümkün deyildir.  Biz GAQP olaraq nə rejimin və nə içəridəki Azərbaycan Milli Hərəkatın çalışqanlarının bu dərəcə sadə olmasına inanmırıq. Nə yaxşı ki, inananlar, inanmayanlara qarşı söyüş, küçə sözü deyil, dialoq çağırışı yapsınlar!

Güney Azərbaycan Qurtuluş Partiyasının başqanı

Eldar Qaradağlı

2012-12-17

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter