English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRANLI DİPLOMAT “ARZUOLUNMAZ ŞƏXS” ELAN EDİLİB

AZOH: Bəhreyn hakimiyyəti İran səfirliyinin ikinci katibi Hüccətullah Rəhmanini “arzuolunmaz şəxs” elan edib. “Media forum” saytı xəbər verir ki, ikinci katib İranın Küveytdəki casus şəbəkəsi ilə əlaqədə günahlandırılır və onun üç gün ərzində Bəhreyndən çıxması tələb olunur.

Müvafiq nota aprelin 25-də İran müvəkkilinə təqdim olunub. Həmin gün İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ittihamı təkzib edib və Bəhreyni cavab tədbirləri görüləcəyi ilə hədələyib.

Fevral ayında Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda bu məsələyə görə ərəb ölkələri ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.

Mart ayında Küveyt məhkəməsi bu ölkənin ordusunda xidmət edən və İrana casusluqda günahlandırılan 3 nəfəri edama məhkum edib. Onlardan 2-si İran, 1-i Küveyt vətəndaşıdır. 2010-cu ilin mayında tutulan bu şəxslər Küveyt ordusu və ABŞ-ın Küveytdəki hərbi bazaları haqqında məlumat toplayaraq İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) ötürürmüşlər. Bundan sonra İranın Küveytdəki səfirliyində çalışan 3 diplomatının da casusluq şəbəkəsi ilə əlaqəsi sübuta yetirilib və onların Küveytdən çıxması tələb olunub. Küveyt İrandakı səfirini geri çağırıb.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter