English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiya və Səlmas həbsxanalarında vəziyyətdə pisdir

AZOH: Urmiyanın mərkəzi həbsxanasında siyasi məhbusların saxlanıldığı 12-ci bölüm «Ettelaat»ın göstərişilə ləğv edilib. Zindan məsulları «Ettelaat»ın göstərişilə qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhbusları 12-ci bəndə köçürərək şəraiti siyasi məhbuslar üçün daha da ağırlaşdırıblar. Həmin məhbuslar da zindanın təhlükəsizlik bölümünün göstərişilə siyasi məhbusları təhrik etməyə və onların məhbəsin xarici ilə əlaqələrinə nəzarət etməyə səy göstərirlər. Qeyd edək ki, siyasi bölümün ləğvi 5 siyasi məhbusun xarici mətbuat və BMT-nin İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhidlə əlaqə qurmaqda günahlandırılaraq «Ettelaat»ın Urmiyadakı təcridxanasına köçürülməsindən sonra baş verib.

Bu arada Səlmas şəhərində yerləşən zindanın ümumi şəraiti dözülməz həddə çatıb. Həbsxana yanlış idarəçilik, yemək keyfiyyəti, natəmizlik və s. kimi səbəblərdən böhran yaşayır. Bu vəziyyət məhbusların saxlanılma şəraitinə ciddi mənfi təsir göstərir. Məlumata görə, zindan məsullarına rüşvət verməklə narkotik maddələrin alış-verişinin azad olması, məhbusların işlədikləri cinayətlər əsasında doğru ayırılmaması, yeməyin keyfiyyətsizliyi və natəmizlik bu zindanda qalmağı olduqca çətinləşdirib. Siyasi məhbuslar xəstələnincə müalicə olunmur. Onlar yalnız ağrıkəsici dava-dərmanlarla təmin olunur. Məhbusların saxlanıldığı bölümlərdə bit-sirkə və böcəklərin gəzişməsi adi hala çevirilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter