English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Zəlzələdən zərərçəkənlərin 5-i soyuqdan ölüb

AZOH: Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən dağıdıcı zəlzələnin üstündən aylar keçsə də, bölgə əhalisi yaşamaq üçün yer tapa bilmir. Məlumata görə, bölgədə soyuqların yeni dalğası başladığı günlərdə Heris və Vərzigan şəhərlərində 5 nəfər soyuqdan donaraq ölüb. İran hökuməti isə bütün çətinliklərə baxmayaraq, zəlzələdən zərərçəkənləri ən yaxşı halda müvəqqəti sığınacaqlar və çadırlarda yerləşdirib.
Xatırladaq ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfəri ölüb, 3037 nəfəri xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Noyabrın 7-də 57 nəfərin xəsarət almasıyla nəticələnmiş 5,2 bal gücündə yenidən zəlzələ baş verib. Noyabrın 16-da isə 10 nəfərin xəsarət almasıyla nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub.
Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter