English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ərdəbilin imamcüməsi panfarsizm təhlükəsindən danışıb

AZOH: Güney Azərbaycanda bəzi çıxışlarıyla olay yaradan Ərdəbilin imamcüməsi, höccətülislam Seyid Həsən Amuli rejimə meydan oxuyub. «BayBak» xəbər verir ki, Xiyav (fars şovinist rejimi tərəfindən Meşkinşəhr olaraq dəyişdirilib) Azad Universitetinin təşəbbüsüylə keçirilən seminarda çıxış edən Həsən Amuli İranda panfarsizm təhlükəsindən danışıb. O bildirib ki, bu sistemlə mübarizə aparmaq üçün Ərdəbildə panfarsistlərin kim olduğunu müəyyənləşdirib və öz çalışmaları ilə bunun qarşısını alıb. Höccətülislam deyib ki, dövlətin vəzifəsi ana dillərini qorumaqdır: «Bu yolda islam hakimiyyətinin daha ağır vəzifəsi var. İslam hökuməti demokratik hökumətdir və əgər xalq səs verərsə, hər bir dil rəsmi ola bilər. İranda əhalinin çoxunun dili türkcədir, ancaq azlıqda olan farsların dili yeganə dil olaraq Konstitusiyada əksini tapıb. Bu isə fars olmayan xalqların etirazına səbəb olub». Həsən Amuli çıxışının davamında bildirib ki, özü şəxsən əsl türk sözlərini toplayıb və hətta Azərbaycan türkcəsi dil ocağının təsis edilməsi barədə dövlət yetkililərinə müraciət edib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter