English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əsəd Çavesdən sığınacaq istəyib

AZOH: Türkiyənin Karakas səfirliyinə məlumat verən Venesuela Xarici İşlər Nazirliyi rəsmiləri Suriya prezidenti Bəşər Əsədin siyasi sığınacaq üçün Çavesə məktub göndərdiyinə dair iddiaları təsdiqləyiblər.

"Akşam" qəzetinin xəbərinə görə, Türkiyə tərəfi bu iddialarla bağlı Venesuelanın rəsmi dairələrinə müraciət edib. Venesuela Xarici İşlər Nazirliyi isə Əsədin Çavesə bir məktub yazdığını təsdiqləyiblər, ancaq məktubun məzmunu ilə bağlı məlumat verməyiblər.

"Akşam" xatırladır ki, Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad dekabrın əvvəlində Kuba, Venesuela və Ekvadorda görüşlər keçirib. Mikdadın bu ölkələrə apardığı məktublarda Əsədə sığınacaq tələblərinin yer aldığı iddia edilsə də, bu iddialar Suriya iqtidarı tərəfindən təkzib edilib. Əsəd bir müddət əvvəl "Russia Today" televiziyasına verdiyi müsahibədə Dəməşqdə öləcəyini söyləyib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter