English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Zahir Əlisoy: “2012–ci ildə Güney Azərbaycan davası bir az da siyasi gündəmə gəldi


2012-ci il həm Güney Azərbaycan, həmçinin Bütöv Azərbaycan davası üçün hansı olaylarla yadda qaldı?

2012–ci ildə Güney Azərbaycan davası bir az da siyasi gündəmə gəldi. Beləki qərbin təzyiqlari altında İranda infilyasiyanın güclənməsi,günü-gündən artan iqtisadi böhran,İran fars rejimini zəiflətməyə başladı.Rejimin tədricən tənəzzülə uğraması hiss olunduqca son100 ildə öz milli haqları uğrunda mübarizə aparan Azərbaycan türklərinin siyasi aktivliyi müşahidə olunmağa baçladı.1996-ci ildən başlayaraq bir milyondan artıq güneyli soydaşlarımızın Babək qalasına yürüş etməsi Güney Azərbaycan türklərinin milli varlığını bir daha ortalığa qoydu.Babək qalasına yürüşün rejim tərəfindən qarşısının alınması nəticəsində millətimiz artıq şəhərlərdə öz ehtiraz səslərini bildirməyə başladı.2006-cı ildə İran qazetində türkləri təhqir edən yazı bir nada 17 Azərbaycan şəhərlərində ehtiraz aksiyalarına səbəb oldu.May ayında baş verən bu hadisələr rejim tərəfindən qanla yatırılsada Güney Azərbaycan türkünün milli kimlik şüurunun varlığının bariz nümunəsi oldu.Xüsusən son dövrlər Təbrizin Tarktor futbol komandosunun oyunlarında 10 minlərlə gənclərin futbol meydançasında haray mən türkəm şüarları ilə çıxış etməsi Azərbaycanın istiqlal davasına aparan yeni milliyətçi kəsimi açıqca ortaya qoymaqdadır.Məsələn; Yaxın günlərdə Tehranın 70 minlik stadionunda Traktorun azarkeşlərinin Qaradağda olan zəlzələyə fars rejimininin diqqət ayırmamasına ehtiraz olaraq 20-ci dəqiqədə öz əynindəki köynəkləri çıxararaq ehtiraz bildirməsi Tehran rejimini ciddi təşvişə saldi.Beləki birinci hissə bitən kimi Təbrizin Traktor komandosuna azarkeşlik edən Türkiyənin İrandakı səfirinin rejim tərəfindən stadiondan çıxarılması vəziyyətlə bağlı hər birimizdə aydın təsəvvür yaradır.

Urmiya gölünə axan 18 çay üzərində 35 su bəndi quraraq lazım olmayan meşə massivini yaratmağa cəhd edən rejim bilərəkdən gölü qurutmağa çalışır.Əgər göl quruyarsa yerində 13 milyard ton duz qalığı əmələ gələcəkdir.Buda gölün ətrafında yaşayan 18 milyondan çox olan Azərbaycan türkünün köçməsinə səbəb ola bilər.Eyni zamanda ekoloji tarazlığın pozulması neticəsində Quzey Azərbaycanın Naxçıvan bölgəsi və Türkiyənin şərq tərəfinədə bu quraqlıq ciddi ziyan vuracaqdır.Fars şovinist rejiminin Urmiya gölünü qurutmaq cəhdi bölgədə yaşayan türklərin böyük ehtirazına səbəb oldu.Soydaşlarımız yeni milli şüarlarla meydana çıxmasına səbəb oldu.(Gəlin gedək ağlayaq,Urmu gölun dolduraq)(Urmu gölü can verir,Tehran onun qətlinə fərman verir) və s. Milli şüarlar meydana gəldi.2011-ci ilin avqust ayının 27-də Urmiyada və sentyabrın 2-də Təbrizdə baş verən ehtiraz mitinqlərində xalq bu gölün qurudulmasına öz ehtirazını kütləvi şəkildə bildirdi.500-dən çox ehtirazçı tutularaq zindanlarda işgəncələrə məruz qaldı.Hadısə bir daha göstərdiki bu ərazi tarixən Azərbaycan türkünün olub və olacaqdır.

2012 ci ilin avqust ayında Qaradağ mahalının Vəzirqan,Heris bölgəsində baş verən zəlzələ nəticəsində 120-dən kəndin dağılmasına səbəb oldu.Verilən məlumatlara görə 300-dən çox soydaşımız dünyasını dəyişdi.Amma bu rəqəm daha artıqdır.Çünki rejim ölü sayısını gizlətməyə çalışdı.Bununlada faciənin böyük olmasını dünyadan gizlədən şovinist fars rejimi 2 gündən sonra bütün axtarışları dayandırdı.Xaricdən gələn yardımların heç birini və xilasediciləri zəlzələ bölgəsinə buraxmadı.Buraxmamasının əsas səbələrindən biridə gələn əcnəbilərdən bu bölgənin tamamı ilə türklərdən ibarət olduğunu gizlətmək idi.Bütün bunlara baxmayaraq Güney Azərbaycan xalqının şəhər və kəndlərinin əhalisi zərər çəkən qardaş və bacılarına maddi-mənəvi yardım edərək milli birlik nümayiş etdirdilər.Əhali yığdıqları yardımları rejimə ehtibar etmədiyindən, zərər çəkən bölgəyə çatdırmaq üçün milli fəallara etibar edirdilər.

Milli hərəkat gücləndikcə rejim milli fəallarımıza qarşı daha da aqressivləşir. Həbslərin və işgəncələrin ardı-arası kəsilmir. Hətta Xoy şəhərinə yas mərasiminə gedən milli fəalların həbsi bütün dini və insani dəyərlərin taptalanmasıdır. Milli fəallarımız daim təqiblər altında saxlanılır. Zəncanda Səhənd adında orta məktəb şagirdinini tükcə dərgi buraxdığına görə 8 il azadlıqdan məhrum edilməsi,Səid Neimiyə 1 il iş verilməsi,Səid Muğanlıya İranın prezidenti və dini liderinə qarşı şeir yazdığına görə həbsə məhkum edilməsi,Mehdi Həmidi Şəfiqinin,Həsən Ərk və bir çox fəalın son günlər Urmu gölünün qurudulmasına ehtiraz etdiklərindən ettelat tərəfindən evlərinə basqın edilərək zindana aparılması rejimin fəallara qarşı nə dərəcədə qaddar olduğunun göstəricisidir.

Bütün bunlara baxmayaraq məsələ beynəlxalq aləmdə gündəmə gəlir. Belə ki, Amerika konqresində Dana Robenhagerin Güney Azərbaycan türklərinin hüquqlqrını müdafiə etməsi fars rejiminin bütün cəhdlərinə baxmayaraq məsələnin İran çərçivəsindən çıxdığını göstərir. Bu məsələdə bizim və Qərbdəki diaspor təşkilatlarının   bu kimi mövzular ətrafında birgə fəaliyyət göstərməsinə ciddi ehtiyac var.  2012-ci ilin mayında Türkiyədə Uluslararası Güney Azərbaycan Konseyinin yaradılması bizim tərəfimizdən alqışlanır və ümid edirik ki, bu istiqamətdə birgə fəaliyyətimiz lazımı nəticələri verəcəkdir.

Güney Azərbaycan Demokrat Partiyası və AZOH təşkilatının Avropa Şurası ilə görüşərək Urmu gölü, Qaradağda zəlzələ, siyasi məhbuslar və son durum barədə 28 səhifəlik sənəd təqdim etməsi də tərəfimizdən alqışlanır. Dekabr ayında İsveçin Malmo şəhərində yeni yaradılmış Azərbaycan televiziyası da sevindirici haldır.

Güney Azərbaycanda və xaricdə baş verən hadisələrdən əlavə 2012-ci ildə indiyə kimi bütöv görünən İran hakimiyyətinin daxilində baş verən çəkişmələr də yadda qalan hadisələrdəndir. Belə ki, İran prezidenti Əhmədinejat dini liderə qarşı çıxması hakimiyyət daxilində də gərginliyin olduğunu göstərir.

Bütöv Azərbaycan Ocaqlarının 2012 ildə fəaliyyəti barədə nələri qeyd edə bilərsiniz?

Təşkilatımız il ərzində Amerika-İran münasibətləri, İrandakı parlament seckiləri, Güneydəki siyasi məhbuslar, Borçalıdakı söydaşlarımızın durumu və s. mövzularda KİV-nin iştirakı ilə mütəmadi olaraq  ictimai-siyasi və mədəni tədbirlər həyata keçirmişdir.Novruz bayramında Bakıda bizim təşəbbüsümüzlə insanların kütləvi iştirakı ilə güneydəki soydaşlarımızla həmrəylik əlaməti olaraq “Bütöv Azərbaycan “tonqalı qalandı.  Xüsusən Güneydəki ictimai-siyasi proseslər daim nəzərimizdədir. May ayından Təşkilatımızın internet saytı da (www.bao.az) fəaliyyət göstərir.

3.Bu il baş verən hadisələr ,həmçinin bölgədə hər gün dəyişən vəziyyət Güney Azərbaycan üçün nə vəd edir?

2011-ci ilin yanvar ayından başlayan “ərəb baharı”  diktaturanın hökm sürdüyü digər antidemokratik rejimləri bürüməkdədir. Bu prosesdə İranın diktatorları dəstəkləməsi başa düşüləndir.Suriyada öz xalqını qəddarcasına qıran Əsəd rejimini dəstəkləyən İran bu olayların onunda başına gələcəyindən qorxaraq hər cürə dəstək verir.Davudoğlunun İranın Suriyanı dəstəkləməsi ilə bağlı verdiyi son bəyanat hesab edirik ki İran üçün çox ciddi siqnaldır.Unutmamalıyıq ki “İstanbuldan sonra ən çoc türk yaşayan şəhər Tehranın özüdür” ifadəsi Davudoğlu tərəfindən səsləndirilibdir.Demək olar ki İran bölgədə tam təklənmək üzrədir.Əsas havadar olan Rusiya isə heç bir dostuna sona qədər sədaqətli olmamışdır.2012-ci ilin iyul ayından İrana qoyulan neft embarqosu İranın büdcəsində güclü kəsirlərin əmələ gəlməsinə səbəb olmuşdur.Özünün embarqolar qarşısında yenildiyini etiraf etmək istəmir və mənasız siysi gedişlər edir.

BAO 2013-cü ilə necə hazırlaşır? Özünüz üçün hansı prioritetləri müəyyənləşdirmisiniz?

BAO-nun başlıca məqsədi dünyanın harasında yaşamasından asılı olmayaraq 50 milyonluq Azərbaycan türklərinin haqlarını qorumaqdır. Burada 35 milyonluqGgüney Azərbaycan türklərinin taptanan milli haqları xüsusi yer tutur. Biz Güneydə fəaliyyət göstərən milli təşkilatlarımıza əlimizdən gələn dəstəyi verməyi özümüzə borc bilirik. Güneydə baş verən prosesləri daim izləyərək orada təqib və təzyiqlərə məruz qalan soydaşlarımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırıq. Üzümüzə gələn ildə Azərbaycandakı beynəlxalq təşkilatların nümayəndəlikləri və səfirliklərlə ciddi iş aparmağı planlaşdırırıq. Ümumiyyətlə Bütöv Azərbaycan ideyasına bağlı olan insanlarla bir nöqtədə birləşməyimiz üçün mümkün vasitələrlə ciddi iş aparmağı nəzərdə tutmuşuq. Bu məsələdə Bütöv Azərbaycan ideyasına bağlı dıgər təşkilatlarla sıx əlaqələr yaratmağa çalışacağıq. Gələn il təşkilatlanma işinə də xüsusi diqqət yetirəcəyik. Belə ki, bölgələrdə yerli ocaqlarımızın sayını artırmaq haqqında düşünürük.

Paytaxtı Təbriz olan böyük və qüdrətli Azərbaycan uğrunda mübarizədə hər birimizə uğurlar arzulayıram!

"Türküstan qəzeti"

23.12.2012.

http://bao.az/?mid=424

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter