English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran hakimiyyətində ikitirəlik yaranır

AZOH: İran İslam Respublikasının ali dini lideri ayətullah Seyidəli Əli Xamneyi aprelin 24-də hüquq mühafizə orqanlarının bir qrup vəzifəli şəxsi ilə görüşündə maraqlı aşıqlamalar verib. Ayətullah Xamneyi deyib ki, ictimai təhlükəsizliyi, xüsusən cəmiyyətin mənəvi-psixoloji təhlükəsizliyini təmin etmək hüquq mühafizə orqanlarının başlıca vəzifələrindəndir: “Ölkədə hazırkı vəziyyət sabit və qənaətbəxşdir, xalqın ruhu isə sarsılmazdır. Vəzifəli şəxslər, siyasi və mədəni elita, həmçinin mətbuat və informasiya agentlikləri ölkədə guya sabitliyin pozulması və ikitirəlik yarandığı haqda fikirlər yaymamalıdır. Çünki bunlar həqiqətə uyğun deyil”. Dini lider xarici kütləvi informasiya vasitələrinin ölkədə fikir ayrılığı yaratmağa cəhd göstərdiyini də vurğulayıb: “Bizim mülahizələrimiz və mətbuatımız elə olmalıdır ki, onlar arasında fikir ayrılığının olması barədə rəy formalaşmasın, əgər ziddiyyət varsa da buna görə qaşqabaq sallamaq və özgə mətbuatın əlinə bəhanə vermək lazım deyil”. Siyasi icmalçılar dini liderin açıqlamalarındakı narahatlığın prezident Mahmud Əhmədinejadla aralarında yaranmış ziddiyyətlərdən irəli gəldiyini bildirirlər. Qeyd edək ki, bir müddət öncə İranın təhlükəsizlik naziri (ETTELAAT) istefa vermiş, prezident onun istefasının qəbul etmişdi. Lakin ali dini lider bəlkə də molla hakimiyyəti tarixində ilk dəfə olaraq böyük bir xəta buraxmış və təhlükəszilik nazirini vəzifəsində saxlamışdı. Dini liderin bu addımı prezident də daxil heç bir şəxsin ondan üstün olmadığını, heç bir seçilmiş şəxsi saymadığını göstərdi. Xamneyinin bu addımı həm Qərbə, həm müxalifətə, həm də xalqa bir mesaj idi. Qərbə mesajında dini lider demək istədi ki, prezidentdən islahatlar gözləməyə dəyməz, çünki istənilən vaxt onun qərarları bir kənara atıla bilər. Dini liderin prezidentin qərarına veto qoyması yaxşı presedent deyildi. Bunun fəsadı olacaqdı. Seyidəli Xamneyi əslində bununla İran cəmiyyətinə, müxalifətə, prezidentə, beynəlxaq aləmə meydan oxuduğunu və qorxmadığını göstərirdi. Bəllidir ki, dünyada inqilabi proseslər başlanıb və dünyanın dəyişməsi labüddür. Yaxın Şərqin, Afrikanın müsəlman ölkələrini inqilab dalğası bürüyüb. Yaranmış durum müsəlman Şərqini dəyişmək, Şərqin təcavüzkar doktrinalı dövlətlərini, rejimlərini sıradan çıxarmaq istəyən ABŞ-ın ağlına da gəlməzdi. Daha İran rejiminə qarşı təbliğat aparmaq üçün hər il milyonlarla pul ayırmaq lazım gəlməyəcək. Sosial media öz işini görüb. Ərəb cəmiyyətlərini hakim rejimlərə qarçı qaldıran sosial media, azad internet mətbuatı oldu. Əslində haşiyə çıxaraq demək olar ki, ABŞ və digər qərb dövlətləri proseslərin ardınca getdi. Proses başlanmışdı. Qərb yalnız iş-işdən keçəndən sonra gəldi. Qərbin proseslərə müdaxiləsi isə heç yerində olmayan, proseslərə əngəl törədən faktora çevrilib. Bunun nümunəsi Liviyada baş verir.

İran hakimiyyəti Tunis, Misir və Liviyada baş verən hadisələrdən təşvişə düşüb. Molla hakimiyyəti bütün gücü ilə sübut etməyə çalışır ki, İranda inqilabi situasiya yoxdur və hər şey hakimiyyətin nəzarətindədər. Molla rejimi liderinin aşırı ədabazlığı bütün rejimin baş ağrısına çevrilib. Rejim lideri güclü olduğunu göstərmək istəyirdi, proses molla rejiminin əleyhinə yönəlib. İran cəmiyyətində parçalanma mühiti yaranıb, dini liderdən narazılar artıb, prezidentlə müxalifət arasında ilıq münasibətlər formalaşmağa başlanıb. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi hazırkı müxalifətlə prezident Əhmədinejadı birləşdirən amildir. Müxalifət rejimin parçalanmasını, dini lider Xamneyinin sıradan çıxarılmasını istəyir. Bunun üçün yaşıl inqilab liderlərinə hakimiyyət daxilində müttəfiq lazımdır. Belə bir müttəfiq prezident Əhmədinejad ola bilər. Görünür, dini lider təhlükəni görüb və önləmək qərarına gəlib. Onun bu açıqlaması cəmiyyətə səsləniş də ola bilər. İran kimi dövlətdə avtoritar liderin öz xətasının etiraf edəcəyi gözlənilmir. Sadəcə ola bilər ki, müşavirləri ona vəziyyətin qənaətbəxş olmadığını bildiriblər.

Siyasi icmalçılar hesab edir ki, hakimiyyətin parçalanmasından qorxan dini lider yaxın günlərdə cəmiyyəti razı sala biləcək bir sıra addımlar ata bilər. Bu arada prezident Mahmud Əhmədinejadın verdiyi qərarlar önə çıxarıla, prezidentin icra hakimiyyətinin real rəhbəri olduğunu göstərən addımlar atıla bilər. Dini liderin qısa bir ara kölgəyə çəkiləcəyini də proqnozlaşdırmaq olar. Dini lider mümkün qədər çalışacaq ki, prezidentlə arasında olan ziddiyyətlər böyüməsin, dövlətin parçalanması dərinləşməsin.

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter