English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Türk-Erməni dostluğunun rəmzi sayılan abidə sökülür

AZOH: Baş nazir Ərdoğanın tənqidindən bir ay keçmiş Türkiyə ilə Ermənistan yaxınlaşmasının rəmzi sayılan İnsanlıq abidəsinin sökülməsinə başlanılıb.

Üz-üzə duran iki insan fiqurundan ibarət 30 metrlik abidə Ermənistanla həmsərhəd Qars şəhərində qoyulub.

Şahidlərdən biri heykəlin bir hissəsinin kran vasitəsi ilə kəsildiyini bildirib.

İnsanlıq abidəsinin tikintisinə 2008-ci ildə başlanılıb.

Abidənin müəllifi, tanınmış heykəltəraş Mehmet Aksoy sökülmə işlərinin başlanılması ilə bağlı təəssüf keçirdiyini bildirib.

“Onlar heykəli uçura bilməzlər. Biz onu bərpa edəcəyik”, - deyib heykəltəraş.

Şübhə və düşmənçilik dövrünün sona çatması ideyasını əks etdirən heykəl yerli hakimiyyətin təşəbbüsü ilə ucaldılmağa başlanılıb.

Lakin ötən il Ankara ilə Yerevan arasındakı yaxınlaşma prosesinin dalana girdiyindən sonra heykəl ətrafında siyasi mübahisələr qızışmağa başladı.

Yanvar ayında Qars şəhərinə baş çəkən Türkiyənin baş naziri 11-ci əsrdən qalmış ziyarətgah yaxınlığında İnsanlıq Abidəsinin salınmasını tənqid edib.

Rəcəp Tayyip Ərdoğan bir qədər keçmiş “ əcaib ” kimi təsvir etdiyi

abidənin sökülməsinə dair göstəriş verib.

Tənqidçilərə görə baş nazir iyun ayında keçəcək parlament seçkiləri ərəfəsində, o cümlədən millətçilərin rəğbətini qazanmağa çalışır.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter