English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان قورتولوش پارتیاسی‌نین 31 دئکابر گونو ایله میللتیمیزه سسلنیشی!

Güney Azərbaycan Qurtuluş Partiyasının

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü

ilə bağlı bütöv ruhlu, ortaq umudlu 50 milyonluq millətimizə səslənişi!

Əziz Azərbaycan Türk Milləti,

31 dekabr “ Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün astanasındayıq. Bir neçə saat sonra 1989-ci ilin son ayının son saatlarında düşmən məftillərin alovlar içində yanmasının 23-cü il dönümü və 2013 ilin başlanqıcındayıq. Sizi, bu iki bayram münasibətilə qutlar, yeni ildə millətimizin daha böyük uğurlarını umud edərik.

Hər millətin tarixində öz doğası və kimliyilə tanımlanan unudulmaz günlər vardır. Azərbaycan Türk Milləti üçün “Sərhəd Hərakatı”ilə tanınan aylarca sürən Araz boyu dirəniş və dayanışma da o günlərdəndir. Dekabrın başlamasıyla Güney-Quzey sınırlarının dağılması planı Nəxcivanda olan milli fəalların gündəmini oluşdurdu. Bakıda “Azərbaycan Xalq Cəbhəsi” quruluşu ilə uğraşan ölməz Elçibəyin təlimatıyla Naxcıvanda bir komitə oluşmalı və hər iki tayın fəallarının sınırlara çəkilməsini sağlamaq gərəkirdi. İllərcə gizli qruplarda, indisə AXC-də birləşən türkçü vətənsevərlərin əməyilə “Sərhəd Hərəkatı Komitəsi” yarandı.  Yaranan komitə, Asəf Quliyevi başqan, “Arif Rəhimoğlu” və rəhmətli “Asif kalantərli”ni başqan müavinləri seçdi.”Fərəc Quliyev”, “Əli Şamil”, “Binyamin Qəmbərli”, “Dr. Rasim”, “Dr. Ələsgər” vb. kimi Azərbaycanın tanınmış fəalları bu komitənin üyəsi oldular. 15 nəfərlik Komitə Azərbaycanın bütövlüyü uğrunda ilk təşkilatlanma sürəcini başlamış oldu. Komitə, sınır boyunca şəhərlərdə qollarını yaratdı. Az bir zaman içində Güneyin milli fəallarıyla ilişgi quruldu. 10 minlərcə soydaşımız həftələr boyunca Arazın hər iki tayında toplaşdı. İlk öncə itmiş-batmış ailə axtarışıyla başlayan qalaballığın son günlərdəki əsas şüarı “Azərbaycan Bir Olsun, Mərkəzi Təbriz Olsun!” oldu. Asəf Quliyevin öncüllüyündə qurulan Komitə, bütün sınır boyu bu hərəkatı idarə edərək Türk tarixinə bir Azərbaycan özəlliyi ərməğan etdi.

1989-ilin dekabr ayında “Azərbaycan Xalq Cəbhəsi” Naxçıvan bölümü, “Naxcıvan Muxtar Sovet Respoblikası” sərhəd qoşunlarına ultimatum verərək il dəyişən günün azad görüş günü olmasını istədi. Belə ki, dekabrın 31-dək sərhədlər açıq tutulmalı və Arazın iki tayında illər boyunca görüş həsrətində qalan qohum və yaxınlar bir-birini görməlidirlər. AXC-nin bu ultimatumuna yanıt gəlmədi. Plan olduğu kimi irəli getdi. Sistemi çökmüş SSRİ ordusunun sərhəd hərəkatı qarşısında etgisiz olmasıyla millətimizin milli savaş inamı qat-qat artmağa başladı. Bütün sınır boyu düşmən məftilləri oda çəkildi. Millətimiz, Arazın hər iki tayında fars-rus məftillərinin alovları sıcaqlığında yeni 1990 ilinə girdi. Sürətlə bağımsızlığa qoşan Quzeydə, sınır zəfərləri hütləvi ruh yüksəlişinə nədən oldu. Əsas milli qurtuluş savaşı Bakıya daşındı. SSRİ dövlət başçısı və kommunist partiyası başqanı Qorbaçovun bir başa əmrilə Bakı işğal oldu. 100-lərcə sevil soydaş Rus silahlarına tuş gəldi. 20-Yanvar tariximizə düşdü! Ancaq, istiqlal və milli qurtuluş inamı heç də səngimədi. Milyonluq mitinqlər Bakının gündəminə düşdü. Lenin Meydanı Azadlıq Meydanına çevrildi.

1990-ci ilin noyabrında Naxcıvan və İstanbulda keçirilən iki önəmli toplantıda “31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeydə alındı. Hər iki önəri yenə AXC tərəfində gəldi. Həmin həssaslığa dayanaraq AXC-nin 1991-ildə yayılan məramnaməsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq yazıldı. 1991-ci ilin dekabr ayının 16-ında AXC-nin Naxcıvanlı depotatları tərəfindən 31 dekabr layihəsi “Naxcıvan Muxtar Respoblikası Ali Məclisi”nə təqdim olundu. Rəhmətli Heydər Əliyevin sədriliyində geçirilən səs vermədə Ali Məclisin qərarilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tanındı. Əbülfəz Elçibəyin cümhur başqan olması ilə, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü rəsmi dövlət bayram olaraq qanuna mindi.

Güney Azəybaycan Qurtuluş Partiyası, hər zaman olduğu kimi gərçək tarixdən yanadır. Bu çox dərin və anlamlı millət hərəkatının necəliyini qıssa da olsa Sizinlə paylaşmaq GAQP-nın tutduğu millət yolunun bir parçasıdır. Bu millətin oyanışında və bu dövlətin quruluşunda 1989-cu ilin sonlarından 1990-ci ilin başlarına dək Arazdan keçmək üçün ölümü gözə alan 24 şəhid gəncmizin düzgün anlamını heçə sayanları, millətini canından çox sevən Elçibəylərin, Asəflərin haqqını çeynəyənləri, iki günlük güclü olmaq üçün hər olayı öz adlarına yazanları qınamayaq bəs nə edək? Onda bizimlə inhisarçı xəstələrin arasındaki fərq nə olar bəs!

Güney Azərbaycan qurtuluş Partiyası-Yönətim Qurulu

2012-12-30

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter