English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran Azərbaycanında yeni həbs dalğası

AZOH: Əlirza Quluncu

İranda azərbaycanlı milli fəallara qarşı yeni həbs dalğası başlanıb. Azərbaycanın müxtəlif veb səhifələrinin yaydığı məlumata əsasən həbslər Şərqi Azərbaycan vilayətinin Təbriz, Marağa və Məlikkəndi şəhərlərində həyata keçirilir. Tutulanlar arasında azərbaycanlı din xadimi Əbdüləziz Əzimi-Qədim, Mahmud Fəzli, Mehdi Kuxiyan və Abbas Vəlizadə Oqtay kimi milli fəallar var.

Din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi-Qədim dekabrın 27-də Marağa şəhərində baş verən etiraz aksiyaları əsnasında həbs edilib. Azərbaycan veb səhifələri nümayişlərə Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq keçirildiyi bildirir.

Marağanın Müsəlla meydanında keçirilən və bir çox azərbaycanlının qatıldığı etiraz aksiyası zamanı “Yaşasın Azərbaycan” və “Qarabağ bizimdir, bizim olacaq” kimi şuarlar səsləndirilib. Əzimi-Qədim və Marağalı milli fəal Davud Əzimzadə çıxışları zamanı “İranın Azərbaycan respublikasına qarşı Ermənistana dəstək verməsinə” etiraz ediblər. Etiraz səhnəsindən çəkilən və Youtube-da yayılan videoların birində molla Əzimi-Qədim Qarabağ müharibəsinin şəhidi olmasını arzusu barədə çıxışı göstərilir.

Tanınmış fəal Mahmud Fəzli dekabrın 31-də Təbrizdəki evi önündə İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib. O, tutulduqdan neçə saat sonra ailəsinə zəng edərək Təbriz həbsxanasına aparıldığını bildirib. Cənab Fəzli 2011 avqust ayında da 28 başqa Azərbaycan fəalı ilə birlikdə Təbrizin Qumtəpə məhəllsindəki bir evdə Urmiyə Gölünün quruması ilə bağlı toplantı keçirdikləri zaman həbs edilmişdi. Milli fəal daha sonra müvəqqəti şəkildə zəmanətlə azadlığa buraxılsa da məhkəmə tərəfindən 1 il qəti və əlavə olaraq 1 il şərti həbsə məhkum edilmişdi.

Son zamanlar Qumtəpə Görüşü ilə bağlı həbs hökmü alan neçə başqa fəal, o cümlədən Həsən Ərk, Əziz Purvəli, Mehdi Həmidi Şəfiq və Əhməd Riyazı yenidən həbs edilib və cəza çəkmək üçün Təbriz zindanına göndərilib.

Milli fəallar Mehdi Kuxiyan və Abbas Vəlizadə Oqtay isə dekabrın 31-də əhalinin Məlikkəndi adlandırdığı, ancaq rəsmi adı Məlekan olan şəhərdə tutulublar. Azərbaycan veb səhifələrinin yazdığına görə, iki fəalın dükanları və evlərinədə axtarış aparılıb, kitablar, cib telefonu, kompyuter və digər əşyaları müsadirə edilib.

Mehdi Kuxiyan neçə ay öncə Məlikkəndi şəhərində Qardağ zəlzələsi qurbanlarına kömək məqsədi ilə kampanya təşkil etdikdən sonra İran İslam Respuklikasının təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyülərək həbs edilmişdi. Daha sonra o, müvəqqəti şəkildə və zəmanət qarşılığında buraxılsa da, onun Türksel adlı cib telefonu mağazası iki ay müddətinə bağlanmışdı.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter