English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Tikantəpə əhalisi xəstəxanasız qalıb

AZOH: Əlirza Quluncu

İranın Qərbi Azərbaycan vilayətində rəsmi adı Tekab olan, amma əhalinin Tikantəpə adlandırdığı şəhərin köhnəlmiş xəstəxanasında yetərli təchizat və imkanlar yoxdur və şəhər sakinlərinin ehtiyaclarını qarşılayacaq qədər geniş deyil.

Mehr xəbər agentliyi 6 il öncə dövlətin 3 il müddətində bitirməsinə söz verdiyi yeni xəstaxana layihəsinin ancaq 60 faizinin tamamlandığını bildirib.

Tikantəpəli jurnalist Əmir Xalıqnijadın yazdıqlarına görə, şəhərdə yetərli sağlamlıq imkanları olmadığı üçün əhali qonşu şəhərlərə getməyə məcbur olur və bu xususilə təcili xəstələr üçün bir çox problemlər yaradır.

Qərbi Azərbaycan vilayətinin güneyində yerləşən Tikantəpə və ya Tekab şəhərinin sakinlərinin çoxu Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər Əfşar Tekab adı ilə də tanınır.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter