English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BIR SAYLI MÜHARİBƏ HAZIRLIĞI ELAN OLUNDU

AZOH: Ön cəbhədəki hərbi hissələrin səngərə yaxınlaşdırılmasına başlanıb; döyüş görmüş təcrübəli zabitlər toplanır; hərbi əməliyyatlar hər an başlaya bilər

“Qarabağda müharibənin başlaması an məsələsidir. Savaş hər an başlaya bilər. Azərbaycan tərəfi bu məsələdə artıq çox qərarlı görünür. Artıq müvafiq hazırlıqlar da başlayıb. Onsuz da illərdir döyüş hazırlığı vəziyyəti rejimində olan cəbhəyanı hərbi hissələrin hamısı gücləndirilmiş vəziyyətə gətirilib. Onlara 1 saylı komanda verilib”. Bu məlumat redaksiyamıza mötəbər və rəsmi hərbi qaynaqlardan daxil olub. Ön xətdə yerləşən hərbi hissələrdə baş verənləri şərh edən qaynağımızın deməsinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi tam heyəti ilə müharibə hazırlıqları prosesinə cəlb olunub. “Generalitet ayaq üstədir. Əsgərin yanındadır. Bu isə ordudakı mənəvi-psixoloji durumu yaxşılaşdırmaq məqsədi daşıyır”, - deyə qaynağımız bildirib.

Xatırladaq ki, müharibə hazırlıqları istiqamətində konkret addımlar da atılıb. Əsas diqqət cəbhənin qərb istiqamətinə yetirilir. Buradakı N saylı hərbi hissə cəbhə xəttinə daha yaxın əraziyə - kilometrlərlə qabağa aparılıb. Həmin yerdəki digər hərbi hissə isə başqa yerə çəkilməyib. Buna gücləndirmə deyilir. (Rayonların və hərbi hissələrin adları var, lakin dislokasiya yerlərini bilərəkdən yazmırıq-red.)

Müharibə hazırlıqlarını təsdiqləyən digər məlumat isə belədir ki, döyüş, səngər görmüş təcrübəli zabitləri yerdəyişmə prinsipi əsasında səfərbər edib ön cəbhəyə toplayırlar. Qabaqlar qayda belə idi ki, döyüş bölgəsində xidmət edən zabitlər bir müddət sonra arxa cəbhəyə xidmətə ezam olunur, onların yerinə isə arxa cəbhədə xidmətdə olanlar və gənc zabitlər aparılırdı ki, Milli Orduda qulluq keçən hər bir hərbçi, necə deyərlər, səngərin yolunu tanısın, barıt iyini duysun, daha böyük təcrübə toplasın. İndi isə belə deyil. Döyüş bölgəsində xidmət keçmiş zabitlərin heç birini qeyri-döyüş bölgəsinə xidmətə göndərmirlər. Arxa cəbhədə olanları da ön xəttə toplayırlar.

Bu arada döyüş bölgəsinə yaxın şəhərlərdəki və paytaxtdakı hospitalların təmiri və onların avadanlıqlarla təchiz olunması barədə də məxfi göstərişlər verildiyi barədə məlumatlar gəlir. Hospitallarda yenidənqurma aparılır, onların çarpayı tutumu artırılır. Bundan əlavə, Silahlı Qüvvələrin Baş Tibb İdarəsinin rəhbərliyinə tapşırıq verilib ki, hərbçi-həkimlərin uçotu aparılsın, xüsusilə də hospitallarda, səyyar şəraitdə işləmək praktikası olan cərrahlara işdən və ölkədən çıxmaq məsələsində məhdudiyyətlər qoyulsun. Əgər belə hal varsa, bu haqda Baş İdarəyə məlumat verilsin.

***

Bu məlumatları təhlil edən bəzi ekspertlər isə hesab edirlər ki, iqtidar dünyada və Azərbaycanda gedən proseslərin indiki mərhələsində hərbi əməliyyatlara başlamaqla tamamilə fərqli bir məqsədi də hədəfləyir. Bu da ondan ibarətdir ki, hakimiyyət dünyadakı inqilabi xarakterli proseslərin Azərbaycanda daha böyük formada təkrarlanmasının qarşısını bu yolla ala bilər. Hərbi əməliyyatlara başlamaq, hətta kiçik uğurlara nail olmaq hakimiyyətin cəmiyyətdəki mövqelərini gücləndirməklə yanaşı, müxalifəti də fəaliyyət istiqamətlərini dəyişməyə sövq edə bilər.

Xatırladaq ki, Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Frayzer də bu həftə bəyanat vermişdi ki, Azərbaycan qəfil hücumla Ağdam və Füzulini geri qaytarmağa hazırlaşır. Maraqlıdır ki, hakimiyyət bu iddiaları təkzib etmir. Rusiya və Qərb mətbuatında da hərbi əməliyyatların başlaya biləcəyinə dair ciddi təhlillər, mötəbər qaynaqlara istinadən yazılar getməkdədir.

Azərbaycan hakimiyyətinin son aylarda cəbhə xəttindəki hərbi hissələrdə həyata keçirdiyi yerdəyişmələr bu hazırlıqların ciddiliyi barədə təəssüratları dərinləşdirir. Döyüş təcrübəsi olan general Rövşən Əkbərovun Bakı korpusundakı görəvindən alınaraq ön xətdəki hərbi hissəyə (Şəmkir korpusuna) göndərilməsi də bu mövzuya dair ən ciddi arqumentlərdən biri hesab oluna bilər.

***

İstənilən halda, bəlli olan budur ki, iqtidar ciddi şəkildə hərbi əməliyyatlara hazırlaşır və bu prosesə artıq start verilib. Bunun Azərbaycan üçün hansı nəticələr verə biləcəyini isə deməkdə çətinlik çəkirik

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter