English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

«Ettelaat»ın ən fəal olduğu ölkələr

AZOH: ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın kəşfiyyat xidməti sayılan «Ettelaat»ın müxtəlif ölkələrdə fəaliyyətilə bağlı hesabat yayıb. Sənəd ötən ay ABŞ Konqresi Kitabxanasının Federal Araşdırmalar Bölməsi tərəfindən nəşr olunub. Hesabatda deyilir: «30 min işçisi olan «Ettelaat» dünyanın ən böyük və fəal xüsusi xidmət orqanlarından biridir. Terror əməliyyatlarını həyata keçirmək və ya onun təşkili, kiber müharibəsi aparmaq İran kəşfiyyatının müxtəlif ölkələrdə ən çox istifadə etdiyi taktikalardan sayılır. «Ettelaat»ın ən çox fəaliyyət göstərdiyi ölkələr Əfqanıstan, İraq, Küveyt, Livan, Orta Asiya ölkələri, Afrika ölkələri, Avstriya, Azərbaycan Respublikası, Xorvatiya, Fransa, Gürcüstan, Almaniya, Türkiyə, Böyük Britaniya, Amerika qitəsi ölkələri, o sıradan da ABŞ-dır». Sənədə görə, «Ettelaat» İran İslam İnqilabı Keşikçiləri Korpusunu («Sepah») birmənalı olaraq dəstəkləyir: «Argentinadan tutmuş Livana qədər dünyanın müxtəlif bölgələrində baş verən terror aktlarında «Sepah»ın əli var». Eyni zamanda Pentaqonun 64 səhifəlik hesabatında qeyd olunur ki, «Ettelaat» «Həmas», «Hizbullah» və «əl-Qaidə təşkilatını dəstəkləyir və İranın mənafeyi çərçivəsində dünyanın hər yerində fəaldır». Sənəddə Azərbaycan İsraillə yaxın əlaqələrinə görə «Ettelaat»ın ən mühüm hədəflərindən biri kimi göstərilir.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter