English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Üç milli fəal həbs olunub

AZOH: Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində tanınmış iki azərbaycanlı fəal həbs edilib. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») mülki geyimli əməkdaşları dekabrın 30-da yerli vaxtla saat 16:00-da Mehdi Kuxiyanın, saat 17:00-da isə Abbas (Oktay) Vəlizadənin şəxsi mağazalarına hücum çəkərək onları tutublar. Hər ikisinin də mağazasında və evində axtarış aparılaraq şəxsi əşyaları müsadirə edilib. Azərbaycanlı fəallar hazırda «Ettelaat»ın Məlikan şöbəsində saxlanılır. Qeyd edək ki, Mehdi Kuxiyan 4 ay əvvəl də Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım apararkən həbs edilib və cəza olaraq 2 ay mağazasının fəaliyyətinə qadağa qoyulub. Bu arada Mehdi Kuxiyan «Ettelaat»ın Təbriz şöbəsinə köçürülüb. Milli fəalın səhhətindəki problem narahatlıq doğurur. Çünki Mehdi Kuxiyan xərçəng xəstəsidir və hazırda müalicə olunur. Soydaşımız həbs olunduqdan sonra onun müalicəsi dayandırılıb və ailəsinin onu dərmanla təmin etməsinə icazə verilmir. Bundan əlavə, Təbriz şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. Mahmud Fəzli 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmiya gölüylə bağlı məsələni müzakirə edərkən 29 azərbaycanlı fəalla birgə tutulub. Məhkəməyə qədər zəmanətlə müvəqqəti azadlığa çıxan Mahmud Fəzlinin işinə Təbriz İnqilab Məhkəməsində baxılıb və bir il həbs cəzası verilib. Qərarın icrası üçün dekabrın 31-də «Ettelaat» əməkdaşları azərbaycanlı fəalın evinə gələrək onu həbs ediblər.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter