English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizdə Həbib Sahirin xatirəsi anılıb

AZOH: İranda türkcə sərbəst vəzndə yazılmış «şeirin atası» kimi tanınan azərbaycanlı şair Həbib Sahirin (Ülkər) Təbrizdə anım mərasimi keçirilib. Azərbaycanlı şairlər, yazıçılar və milli-mədəni fəalların iştirakıyla keçirilən tədbirdə Azərbaycan musiqisi səsləndirilib, şairin həyatı və ədəbi yaradıcılığı ilə bağlı çıxışlar olub. Mərasimdə Həbib Sahirdən başqa, Azərbaycan Milli Hökuməti dövründə «Şairlər Məclisi»nə daxil olan başqa şairlərin də xatirəsi anılıb.

Mərasimə qatılanlardan milli-mədəni fəal Əli Pakbaz Həbib Sahir kimi şairlərin cəmiyyətə yaxşı tanıdılmadığını deyib: «Həbib Sahirin əsərləri Türkiyə universitetlərində oxunur və araşdırılır, ancaq bizlər hələ onu yaxşı tanımırıq».

Şair və yazıçı Ruzbeh Səadəti isə 1945-46-cı illərdə qurulmuş Azərbaycan Milli Hökumətini Həbib Sahirin həyatında bir dönüş nöqtəsi sayıldığından bildirib. O əlavə edib ki, Həbib Sahirin şeirləri millətin necə yağmalanıb soyqırıma məruz qaldığının hesabatıdır.

Xatırladaq ki, Həbib Sahir 1903-cü ildə Miyana şəhərindən Təbrizə köçmüş bir kəndli ailəsində dünyaya gəlib. O, Təbrizdə Katoliklər məktəbində fransız dilini öyrənib və dövlət orta məktəbini bitirdikdən sonra müəllimliyə başlayıb. Həbib Sahir 24 yaşındaykən Türkiyəyə gedib, lakin İstanbul Universitetində təhsilini bitirdikdən sonra ölkəyə dönüb müəllim olaraq işləməyə davam edib.

Həbib Sahir Azərbaycan yurdu və türk dilinə vurğun bir şair kimi tanınır.

Görüm könül gülzarına

Səhərlərdən işıq dolsun.

O vətənin baxçasından

Nə quş uçsun, nə gül solsun.

Türkcə yazan hər şairə

Alqış olsun, alqış olsun.

Azərbaycanlı araşdırmaçı Əlirza Miyanalının yazdıqlarına görə, milli hökumət dövründə Həbib Sahirin torpağa, yurda, elə və obaya cani dildən vurğun olduğunu görən bəzi sol düşüncəyə mənsub olanlar onun bu fikirlərinə qarşı mənfi münasibət bəsləyirdi. Həyatı boyu müəllim olan şair öz şeirlərində azərbaycanlı məktəblilərə də toxunub:

Anlatdılar

Get məktəbə, uşaq oxut,

Dərsdən sonra, dön evinə

Xoşdur daxma,

Qaranlığa qərq oluban,

Parlaq qızıl günə baxma

Yada qul ol,

Dərdə alış,

Farsca danış,

Əsirliyi, dərvişliyi təlqin eylə uşaqlara!

Bəzi ədəbiyyatçılar Həbib Sahiri İranda sadəcə sərbəst türk şeirinin atası deyil, onu təbrizli Tağı Rəfət ilə birlikdə əsasən bu ölkədə sərbəst şeirin tanınmış nümayənlərindən biri sayırlar. Həbib Sahirin 20-yə yaxın şeir və başqa mövzularda kitabı çap olunub. O, 1985-ci ilin dekabr ayında Tehranda vəfat edib.

Təbriz məktəblərində türkcə danışan cərimələnir

Tehran hakimiyyəti Rza və Məhəmmədrza pəhləviləri qəbul etmədiyini bildirsə də, onları təkrar edir. Rejim İran mərkəzli fars düşüncə sisteminə qulluq etdiyini gizlətmir. Tehran hakimiyyətinə Təbrizdə quluq edənlər şəhər məktəblərinə yenidən cərimə sandıqları yerləşdirib. Onlar bu tədbiri özəlliklə Təbrizin bir sıra qız məktəblərində, o cümlədən Həzrəti Məsumə və Fatimiyyədə həyata keçirirlər. Azərbaycan türkcəsində, ana dilində danışan şagirdlər cərimələnir və sandığa pul atmağa məcbur edilirlər. Mənbə bildirib ki, adıçəkilən məktəblərdə sandıqları «İran və dünya tarixi» dərsinin müəllimi xanım Əzizzadə yerləşdirib. O, şagirdləri fars dilində danışmağa məcbur edir. Azərbaycan türkcəsində danışan şagirdlərlə irqçi kimi davranır.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter