English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran iqtisadiyyatı çökür

AZOH: İran hakimiyyətinin beynəlxaq aləmdən təcrid olunmaqla nəticələnmiş avantürist siyasəti mənfi fəsadlarını verməkdədir. Beynəlxalq təşkilatların xəbərdarlıqlarına baxmayaraq İran hakimiyyəti nüvə proqramını davam etdirdi. İran hakimiyyəti nüvə proqramının dinc məqsədli olduğunu bəyan edib. Amma hamıya aydındır ki, molla hakimiyyəti ömrünü uzatmaq, fitnəkar siyasətini davam etdirmək üçün nüvə bombası, atom silahı əldə etməyə çalışır. Bu işdə İrana dünyanın bütün avtoritar rejimləri yardım edirlər. Şimali Koreya, Rusiya, Çin kimi dövlətlər guya “imperializmdən birgə müdafiə adı altında İrana yardım edirlər. Hətta İranın Bəmdəki atom stansiyasının Rusiya texnologiyası ilə işlədiyinə dair məlumatlar var. İran beynəlxalq birliklə də Rusiyanın fitnəsi ilə dirəşir. Amma İraq lideri Səddam Hüseyni dəstəkləyərək dar ağacına göndərən Rusiyanın İranı da çıxılmaza itələdiyi bəlli idi. Ötən il ABŞ-ın rəhbərlik elədiyi müttəfiqlər koalisiyası İrana qarşı bir sıra önəmli addımlar atdı. BMT xətti ilə Tehran sanksiyalarla üzləşdi. BMT İran əleyhinə bir neçə mühüm sanksiya qəbul edib. BMT-nin qəbul elədiyi sanksiyalar İranın beynəlxalq ticarət əlaqələrinə zərbə vurub. Düzdür, İran liderləri özlərini o yerə qoymur, sanksiyaların İran iqtisadiyyatına təsir etməyəcəyini bildirirlər. İran rəhbərləri bildirir ki, İran böyük dövlətdi, özünü ərzaq və digər kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər. Doğrudur, İran böyük dövlətdi, kənd təsərrüfatı ölkəsidir. Lakin hazırda dünya iqtisadiyyatı elə qurulub ki, heç bir dövlət ayrıca, xarici iqtisadi əlaqələr olmadan yaşaya bilməz. İran da nə qədər böyük dövlət olur-olsun, müstəqil, xarici iqtisadi əlaqələr olmadan yaşaya bilməz. Ekspertlər İran hakimiyyətinin arxayınçılığını İranın nəhəng kənd təsərrüfatı ölkəsi olması ilə izah edirlər. Güneyli ekspert Sadiq İsabəylinin bununla bağlı maraqlı fikirləri var: “İran şah despotizmindən yenicə qurtulmuş, hələ də feodal bataqlığından çıxa bilməyən cəmiyyətdir. İran hakimləri həmişə xalqa zülm ediblər. İran xalqı zülmə öyrəşmiş toplumdur. İranlılar daim işləyiblər, molla hakimiyyətinin avantürsit siyasətinə qurban gediblər, şəhid veriblər, amma rejim mənsubları varlanıb, firavan həyat sürüblər. İndi güman edirlər ki, sanksiyalar ölkəni əldən salacaq, xalq səsini çıxarmayacaq, rejim mənsubları da “Şeytan Qərblə mübarizə aparırıq, dözmək lazımdır” kimi nağıllarla xalqın başını aldadacaqlar. İran hakimiyyəti “sanksiyalar İrana təsir etməyəcək” deyəndə yalnız səfil vəziyyətinə salınan xalqın dözəcəyini ümid edirlər”. Amma İran xalqının siyasi hazırlığı ötən əsrin 70-ci illərindəki kimi deyil. Beynəlxalq sanksiyalar təsirinin göstərməli idi, göstərilir də. Verilən məlumata görə, artıq İranda çörək və digər un məmulatlarının qiyməti kəskin şəkildə artıb. Strateji məhsul olan çörəyin qiymətinin qalxması digər məhsullara da təsirsiz ötüşməyəcək. Qeyd edək ki, un məmulatlarının qiymətinin qalxması yanacağın qiymətinin qalxması ilə birbaşa bağlıdır. Hələ yanvar ayında İranda benzinin qiyməti kəskin şəkildə artmışdı. O zaman ekspertlər bildirmişdilər ki, bu qiymət artımı özünü tezliklə digər sahələrdə də göstərəcək. Artıq proqnozlar doğrulur. Bəs qiymət artımı İranda siyasi proseslərə necə təsir edəcək? Siyasi müşahidəcilər hesab edir ki, sanksiyaların nəticələri ciddi fəsadlar verəcək. Dünya dəyişib, indi xalqı informasiya blokadasında saxlamaq olmayacaq. Xalq rejimdən beynəlxalq sanksiyalara yol açan avantürist siyasətin, nüvə proqramının dayandırılmasını tələb edəcək. Qiymət artımı narazıların sayını artıracaq, müxalifəti gücləndirəcək. Yaya doğru ölkədə yeni inqilabi situasiyanın yaranacağı proqnozlaşdırır.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter