English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

?“Qorqucu” (Xəyalcı) Milliyətçilik mi, “Ağılcı” (Gərçəkci) Milliyətçilik mi


Bu ikisini biri birindən ayrımamız gərəkirsə, Birincisi “İdacı”lıq, ikincisi isə “İdalcılıq” adlandırmaq olar.
Bu ikisində yaxın siyasi tariximizdə Türk milləti olaraq yaşadıq və yaşamaqdayıq. Bütün siyasi hərəkətlər “İdalist” insanlar yetiştdirmeyi hədəflər, çünkü bir hərəkət sadəcə özünü ona adayan, hər an ona xidmət edən idalist insanlar aracılığı ilə hədəfinə yetişəbilər.
Təbiki bu ikisinində( “İdacılıq və İdalcılıq ) eyni zamanda və eyni ortamda var olması, digər dış etkiləri gözə almasaq, başı başına eyni hərəkəti böyük sıxıntılar yaratmağa yetəbilər.
Bizdə bu sıxıntıları öz hərəkətimiz içində, gənç bir hərəkət olmasınıda nəzərə alırsaq, yaşamaqdayıq.Bu iki qavramın çatışması sonuncu doğal olaraq, sadəcə idalist insanlarımız deyil, idalist bir hərəkətdə zərbələr almış olur.
Dünyəvi(Evrənsəl) düzeydə poltik amaclar uğrunda ortaya çıxan bu iki kəsim (kitlə), zaman aşımı ilə əlbisə dəyişdirib eyni hərəkətin içində oldunca, fərgli və bəzən düşməncə çizgilər təqib edərək böyük bədəllər ödətmiş olurlar hərəkətə.
“İdacı” kəsim gərçəkçi olamayan, Romantik söyləmlər,sıloqanlar dilə gətirərək sadəcə mitinq və şov alanlarında var olurlar, ama gərəçək mubarizə meydanında millətə heç bir faydaları olmaz.
Və ideallar “Ağılcı”, gərçək, mentinq səviyəyə ulaşmadıqca, “Qurqucu”, xəyalcı idacılar hər zaman boy göstərəcəklər.
Ama artıq fərqində olmalıyıq ki çağımız “Don kişot’ların” deyil, Ağılcı, gərçəkçı insanlar çağıdır.
İllər boyudur bu Don kişot’ların, özəlliklə yutdışında( bu bir gənəlləmə deyildir), Romantik söyləmlərlə, sözdə Milliyətçilik edərək, kimiləri öz equları doğrultusunda, kimilər isə “Əfəndilərinin” istəklərini yerinə gətirərək bu hərəketi olması gərəkdiyi yerdən,durumudan uzaqlaşdırmaqla məşquldular.
Nə yazıq ki Milli hərəkətimizdə hardasa başlanqıcdan bəri bu “Xəyalcı” idacılar, yada belə desək Rantcı(Mənfətcı) kəsimin ortaya atdıqları(Bilinçli yada Bilinçsiz) addımlar və davranışlardan dolayı, hərkəti bir iç çatışmaya və bataqlığıa sürükləməyə çalışmışlar.
Maləsəf bu gündə özəlliklə dışarda, gərçək mübarizəni, gərçək meydanı görməzdən gələrək, öz xəyalları və baxışlaları səviyəsində içərini yox sayaraq,görməzdən gələrək Güney adına qararlar verib əhkamlar kəsməyə cəsarət edənlərdə vardır.
Sözdə bəzi liderlər və hatta bu hərəkətdə aylardır ortaya çıxanlar, özlərini “hərəkətin öndə gedənləri olaraq” idda edənlər sayəsində daha qaışıq və kirli bir otram yaradaraq, dışarının ən önəmli dəstəyi sayılan Medya və Lojestik imkanları öz bəlirli çizgilərinə yönləndirərək, tükədərək içərini gərçək anlamda fars şovunizm ilə yalnız buraxmış durumdadırlar.
Halbuki özəlliklə G.Azərbaycanda və eləcədə hızla gəlişən orta doğudaki olayları göz önünə alırsaq, içəri və içərdəki öncülərimizi, fəallarımızı və onların bu həssas durumda atdıqları böyük addımlara dəstək vermənin tam zamanıdır.
Bu “Don kişotlar” bilməlilər ki bu yanlış addımlarına, hərəkətlərinə dəvam etdikcə G.Azərbaycanda axan hər damla qan, hər damla göz yaşından ən az fars şovinist rejimi qədər sorumludurlar.
Çox və ağır bedəllər ödənsədə artıq millətimiz, yeni nəsil fəallarımız dışardaki olayları doğru və yetərincə analiz edərək bu sonuca varmışlar ki hərəkətin dışarı gücü sayılan şəxslər və habelə imkanlar sadəcə Lobiçilik,Lojestik dəstək verərək bu hərəkətə bir faydaları olacaqdır və içəri adında hər hanki öz başına diplomatik səviyədə addım atmaları doğru olmayacaqdır və olmamalıdır. Qarar verici orqan içəri olmalıdır və ancaq paralel olaraq(iç- dış) doğru sonuç alabiləcəkdir.Təbiki bu mekanizmanın dışına çıxan quvvələr öncədən olduğu ki genədə olacaqdır və təbiki bundan öncə olduğu kimi bu çizginin dışına çıxıb şexsi və təşkilati eqularını güdənlərə millətimiz gərəkən cəvabı və yeri göstərəcəkdir, necəki muəyyən quvvələr bu etkiyə daxil olmuşlar və “Kağızdan Bozqurd” simalarını ortaya çıxararaq gərçək siyasi meydandanlardan uzaqlaşdırmışlar.
(Son 2-3 ildə bu Don kişotların(”İdeacı”lar) hardan haraya gəldiklərinə baxarsaq, millət necəki yüksəltməyi bilir, indirməyidə yaxşı bildiyinin bariz numunəsidir…)
Zaman zaman dışarının faydalı ama yetərsiz addımlarına şahid olduq və gönül istərki əskidən daha güçlü və içəri ilə paralel bir şəkildə dəstək olub bu qutsal ülküdə görəvlərini yerinə gətirsinlər.
Yaxşı vətənsevərlik, görəvini yaxşı yerinə gətirməkdir diyə hər kəsin bu ağır dönəmdə əlini daşın altına ataraq birlikdə fars rejiminin istibdadına və zülmünə qarşı birliktə mubarizə etməliyik.
“Bizimlə olmayan xaindir” fəlsəfəsini illərdir özlərinə rəhbər tutub arada bir 10_15 nəfərlə sözdə konfranslar düzənləyərək romantik sloqanlar atıb, şəkillər çəkib, birbirlərinə ödüllər verərək yancılarını milli qəhraman elan edərək, əcnəbi əllərin, güçlərin ilgisini çəkmək niyəti ilə şəhər şəhər, ölkə ölkə gəzib, “muhattab, söz sahibi, qarar verici bizik“ deməyə çalışanlar bilməlilər ki xalqımız artıq onları tanıyır və bilir ve onları bu xəyalları ilə baş başa buraxmışdır, istədikləri qəder başlarını qar altında tutsalarlarda gəreçək dəyişməyəcəkdir.Bu hərəkət tam milli və bağımsız bir hərəktdir və elədə qalacaqdır.
Tariximiz boyu yabancı və dış güçlərin millətimizə nələr yaşatdıqlarını təkrar xatırlayıb, qurtuluşu dış güclərı yardımı və iş birliyində görənlər ər gec yalnışlarını anlamalıdırlar və özlərinə, yəni millətinə dönməlilər, çünkü başqa çıxış yoxdur.



Ulu öndər ATATÜRK :
“ Hanki istiqlal vardır ki əcnəbiləri nəsihəti ilə, əcnəbilərin pılanları ilə yüksələbilsin? Tarix belə bir hadisəni qeyd etməmişdir! “



Hadi MUSƏVI :
GADP Mətbuat sorumlusu

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter