English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ƏHMƏDİNEJADA İMPİÇMENT TƏHLÜKƏSİ

AZOH: İran parlamentində prezident Mahmud Əhmədinejada qarşı impiçment proseduruna hazırlıq başlayıb.

APA-nın “The Guardian”a istinadən yaydığı məlumata görə, dövlət başçısının vəzifədən uzaqlaşdırılmasına Mahmud Əhmədinejadla İranın ali dini lideri Əli Xamneyi ilə yaranmış fikir ayrılığı səbəb ola bilər.

Qəzet yazır ki, Əhmədinejadın kəşfiyyat işləri üzrə naziri Heydər Moslehini istefaya göndərmək cəhdinin baş tutmaması prezidentlə ali dini lider arasında fikir ayrılığının mövcud olduğunu sübut edir. Nazir prezidentin təkidi ilə aprelin 17-də istefa ərizəsi yazsa da, Xamneyinin qərarı ilə o yenidən vəzifəsinə bərpa olunub.

İki lider arasında fikir ayrılıqları əvvəllər də olub. 2009-cu ilin iyulunda Xamneyi İranın birinci vitse-prezidenti İsfəndiyar Rəhim Maşeyini istefaya göndərib. Prezident isə sonradan Maşeyini öz administrasiyasının rəhbəri təyin edib. Qeyd edək ki, Mahmud Əhmədinejad və İsfəndiyar Rəhim Maşeyi qudadır.

“The Guardian” İran liderləri arasında fikir ayrılığına başqa bir misal olaraq sabiq xarici işlər naziri Manuçöhr Mottəkinin istefaya göndərilməsini qeyd edib. Mahmud Əhmədinejad bu addımı ölkənin ali dini lideri ilə razılaşdırmadan atıb və bu addım Xamneyinin narazılığına səbəb olub. Qəzet prezident Əhmədinejadın ötən cümə günündən etibarən ictimaiyyət qarşısına çıxmadığını da vurğulayır.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter