English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Marağa aksiyaları ilə bağlı daha bir milli fəal həbs edilib

AZOH: Ötən il dekabr ayında Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalarla bağlı həbslər davam edir.

İslam Respublikasının təhlükəsilik məmurları yanvarın 13-də tanınmış milli fəal Davud Əzimzadəni Marağa şəhərindəki evindən aparıblar.

Davud Əzimzadənin yaxınlarından biri onun indi İran polisinin həbsxanasında saxlandığı ilə bağlı Amerikanin Səsinə məlumat verib.

Ötən il dekabrın 27-də Marağanın Müsəlla meydanında keçirilən və bir çox azərbaycanlının qatıldığı etiraz aksiyası zamanı Davud Əzimzadə və azərbaycanlı din xadimi Əbdüləziz Əzimi-Qədim öz çıxışlarında İranın Ermənistana dəstək verməsinə etiraz etmişdilər.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, etirazların keçirildiyi gün tutulan Höccətül-İslam Əzimi-Qədimin vəziyəti ilə bağlı dəqiq məlumat yoxdur. O, həbs edilkdikdən bir gün sonra ailəsinə zəng edib Təbriz şəhərində saxlandığını bildirsə də, 2 həftədən artıqdır yaxınları ilə təmas qurmayıb.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter