English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

"Sevgi Yolçuları" Urmiyanın kitab bazarında

AZOH: Urmiyalı gənc yazıçı Hüseyn Vahidinin yazdığı “Sevgi Yolçuları” adlı türkcə hekayələr toplusu satış üçün şəhərin kitab mağazalarına göndərilib.

“Ayna News” veb səhifəsinin yazdığına görə, 96 səhifəlik bu ədəbi əsər Urmiyənin Yaz Nəşriyyatı tərəfindən çap edilib. “Sevgi Yolçuları”nda dərc olan hekayələrin bir neçəsi satira formasında yazılıb.

Yazıçı Hüseyn Vahidi “Xatirələr Durağı” adlı bloqunda kitabın ana dilini sevənlər üçün faydalı olacağını arzulayaraq, onun oxucular tərəfindən müsbət qarşılanacağına ümid bəslədiyini bildirib.

Urmiyalı jurnalist və yazıçı həmçinin yazıb:“Dünyada çox arzuma çatmasam da, ən azı ana dilimdə yazmağı bacarmışam. Yazılarım gözəl Azərbaycanımızın çeşidli nəşriyyələrində çap olub və bu mənim üçün bir fəxr sayılır. Yazmaqda heç zaman iddiam olmayıb, təkcə ana dilimdə yazdığıma fəxr etmişəm. Türkcəmizdə yazıb-oxumağı evdə öyrənmişəm...”

İran Azərbaycanında yayılan türkcə kitabların əksəriyyəti şer kitablarıdır və bu üzdən də nəsr əsərləri və hekayə kitabları azərbaycanlı ədəbiyyatçı və tənqidçilər tərəfindən müsbət qarşılanır.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter