English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda azərbaycanlılara qarşı repressiyalar kütləviləşib

AZOH: İranın Şərqi Azərbaycan vilayətindəki zəlzələ bölgəsinə yardım apararkən həbs edilən azərbaycanlı fəallara hökm oxunub. Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilən Hüseyn Rövnəqi Məliki 2 il, Bəhruz Ələvi 2 il 3 ay, Həmidrza Musəbian 2 il 6 ay, Vahid Hulusi 2 il, Bəhnam Şucai 2 il həbs cəzasına məhkum edilib. Fərid Ruhani, Həsən Rövnəqi Məliki, Şayan Vəhdəti, Mürtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur və Əmir Runasi isə 6 ay azadlıqdan məhrum ediliblər. Məhkəmə Nəvid Xancani barədə hələlik qərar çıxarmayıb. Bu azərbaycanlı fəallar hökumət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə təqsirləndiriliblər. Qeyd edək ki, mühakimə edilən azərbaycanlı fəallar 2012-ci il sentyabr ayında zəlzələ bölgəsinə yardım apardıqları üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən həbs ediliblər. Daha əvvəl onlara qarşı irəli sürülən ittihamlardan biri zəlzələdən zərərçəkənlərə istifadə müddəti bitmiş və keyfiyyətsiz ərzaq paylamaq olub. Lakin iddiaçılar məhkəmə prosesində bu ittihamı təsdiqləyən dəlil təqdim edə bilməyiblər.

Eyni zamanda Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində tanınmış azərbaycanlı fəal yanvarın 13-də həbs edilib. «Ettelaat»ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən yerli vaxtla saat 16:00-da yaşadığı mənzildə tutularaq naməlum istiqamətə aparılan Əmir Çəməninin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur. Evdə yoxlama aparılıb, milli fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Təbriz Universitetinin tələbəsi olan azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir. Qeyd edək ki, daha öncə də həbs edilən Əmir Çəməni hökumət əleyhinə təbliğat aparmaqda, İranın ali dini liderini və prezidentini təhqir etməkdə ittiham olunub. 50 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəalın işinə 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsində baxılıb. Əmir Çəməni 9 ay 1 gün həbs və 40 zərbə şallaq cəzasına məhkum edilib.

Bundan əlavə, Güney Azərbaycanın Marağa şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. «Ettelaat» əməkdaşları yerli vaxtla saat 17:30-da Davud Əzimzadənin yaşadığı evə basqın edərək axtarış aparıblar. Azərbaycanlı fəalın şəxsi əşyalarını müsadirə edərək onu naməlum istiqamətə aparıblar. Davud Əzimzadənin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur. Qeyd edək ki, Davud Əzimzadə 2006-cı ildə «İran» adlı rəsmi qəzetin azərbaycanlıları böcəyə bənzərək təhqir etməsinə etiraz olaraq keçirilən aksiyalar zamanı həbs edilmiş, 30 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılmışdı.

Eyni zamanda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, İranın Şərqi Azərbaycan əyalətinin Binab şəhərində «İşıq» kitab mağazasının sahibi Bəhmən Xaliqi tutulub. Hadisə iki gün əvvəl baş versə də, xəbər yenicə yayılıb. «Ettelaat»ın Binab şöbəsinin əməkdaşları Bəhmən Xaliqini yanvarın 13-də mənzilində tutub naməlum istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, binablı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb. Bəhmən Xaliqi son aylarda İranla Ermənistan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə qarşı Marağada keçirilən etirazlara qatıldığı üçün dəfələrlə təhdid edilib ifadə vermək üçün «Ettelaat»a çağırılsa da, soydaşımız həmin müraciətə məhəl qoymamışdı. Azərbaycanlı fəalın hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı bilinmir.

Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Arəş Məhəmmədi 2013-cü il yanvarın 10-da Təbrizin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb. Soydaşımız 2012-ci il sentyabrın 15-də öz işi barəsində məlumat almaq üçün məhkəməyə müraciət etdiyi zaman tutulub və həbs hökmünün icrası üçün Təbrizin mərkəzi zindanına köçürülüb. O, azad edilənə qədər zindanın karqah bölümündə Təbrizdə yerləşən öz evlərində qardaşı Siyavuş Məhəmmədi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və sonra «Ettelaat»a aparılıb. Soydaşımız 66 gün saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.

Bu arada «Ettelaat»ın Təbrizdəki təcridxanasında saxlanılan Yürüş (Ayət) Mehrəlibəyli və Məhəmməd Xətibidən heç bir xəbər yoxdur. Hər iki milli fəalın ailəsi hələ də onlarla əlaqə saxlaya bilməyiblər. Məlumatsızlıq qohumlarında nigarançılığı daha da artırıb.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter