English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiya gölünün ətrafındakı 50 kənd boşalıb

AZOH: Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb. Bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib. O bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: «Urmiya gölü baxımsızlıq ucbatından sürətlə qurumağa doğru gedir. Araşdırmalar nəticəsində bəlli olub ki, hazırda Urmiya gölünün ətrafındakı ən azı 50 kənd tamamilə boşaldılıb. Gölün su səviyyəsi kəskin düşüb. Problemlər tezliklə həll olunmasa, bu göl biryolluq məhv olacaq və onun yenidən bərpası üçün yüz milyardlarla dollar vəsait ayrılması lazım gələcək. Urmiya gölü quruduqdan sonra isə ölkədə irimiqyaslı duz tufanlarının şahidi olacağıq. Hazırda küləyin qaldırdığı duz hissəciklərinin Kərəc və Tehrana qədər yayılmasının şahidi oluruq. Bu fəsadlar hamıdan artıq əkinçilərin ciddi narahatlığına səbəb olub».

İranın Azərbaycandakı səfirliyinin məsələyə münasibəti isə belə olub: «İran tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması istiqamətində işləri davam etdirir və bunun üçün müəyyən büdcə ayrılıb». Səfirlikdən deyilib ki, gölün qurumasının qarşısını almaq üçün yaxınlıqdakı çaylar gölə axıdılır və buludlar süni şəkildə yağdırılır: «Ümumiyyətlə, hər bir deputatın seçildiyi seçki dairəsindən məsələni gündəmə gətirməsi çox təbii hadisədir».

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter