English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Azərbaycan türkcəsində yazılan lövhələrə qadağa

AZOH: İranda ticarət mərkəzləri, mağazalar və reklam lövhələri üzərində qeyri-fars sözlər, adlar və terminologiyaların işlədilməsinə qadağa qoyan qanunun daha ciddi şəkildə icra olunmasına qərar verilib. Ölkənin rəsmi xəbər agentlikləri qərarla bağlı yanvarın 8-də məlumat yayıblar. Xəbərdə bildirilir ki, bununla bağlı ilk iclas yanvarın 8-də Tehranda İran İslami İrşad və Mədəniyyət Nazirliyində müxtəlif hökumət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Toplantıya nazirliyin mətbuat və informasiya işləri üzrə müavini ilə yanaşı, Sənədlər və Mülklər Qeydiyyatı İdarəsi, Tehran şəhər bələdiyyəsi, Sənaye, Ticarət və Mədənlər Nazirliyi, Səhiyyə və Tibbi Təhsil Nazirliyi, Fars dili və ədəbiyyatı Akademiyası, peşəkar birliklər və polis rəsmiləri qatılıblar. İclasın başlıca hədəfi kimi fars dili və əlifbasını qorumaq üçün ticarət lövhələrinin yad sözlərdən təmizlənməsi istiqamətində sözügedən hökumət orqanları arasında koordinasiyanın yaradılması qərara alınıb. İran islami irşad və mədəniyyət nazirinin mətbuat və informasiya müavini Məhəmməd Cəfər Məhəmmədzadə ticarət reklamları, mağaza lövhələri və malların qablaşdırılmasında fars dili və əlifbasını qorumaqda hökumətin qərarlı olduğunu bildirib. Onun sözlərinə görə, əlaqədar orqanlardan mövzu ilə bağlı problemlər və qanuni maneələrin diqqətlə təsbit edilməsi istənilib. Qeyd edək ki, qeyri-fars adların işlədilməsinin qadağan edilməsilə bağlı ilk qanun 1979-cu il inqilabından bir neçə il sonra İran İslam Mədəni İnqilab Yüksək Şurası tərəfindən hazırlanmışdı. İndiki qanun isə 1997-ci ildə İran parlamentində qəbul olunub. Son on ildə insan haqları qrupları bir neçə dəfə Güney Azərbaycan vilayətlərində türkcə adların qadağa edilməsi haqda bəyanatlar yayıblar. 2007-ci ildə sabiq təbrizli millət vəkili Əkbər Ələmi deputatlıq dövrünün son aylarında İran parlamentindəki çıxışı zamanı Azərbaycan şəhərlərində türkcə adlara qoyulan qadağalara etiraz edərək, daxili işlər nazirini izahat vermək üçün parlamentə çağırmışdı. O, son 6 ildə namizədliyini irəli sürdüyü bütün seçkilərdə qeydiyyata alınmayıb. Hüquq müdafiəçilərin yaydıqları hesabatlara görə, bəzi azərbaycanlıların mağaza lövhəsi üzərində türkcə yazmaları məhkəmədə ittihamnamə kimi onların əleyhinə istifadə olunub. Qərbi Azərbaycan vilayətinin Qoşaçay (fars şovinistləri Miyandab olaraq dəyişdirib) şəhərində Baxış Film və Şəkil Evi adında fotoqrafiya mağazasının sahibi Behbud Quluzadə 2010-cu ilin yanvarında bu növ ittihamlarla üzləşib.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter