English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

آذربایجان سوسیال دموکرات پارتیسی نین قانلی 20 یانوار فاجیعه سیله باغلی بیلدیریسی

Azərbaycan sosial demokrt partisinin(güney) qanlı 20 yanvar faciəsilə bağlı bildirişi!

Dəyərli vətəndaşlar!

Azərbaycan tarixinin ən qanlı  və ən şərəfli səhifələrindən biri olan və "Qara Yanvar" adıyla qızıl hərflərlə tariximizə düşən 20 yanvar faciəsinin,23-cü ildönümü ərəfəsindəyik.20 yanvar faciəsi,qəhrəmanlıqla dolu olan   Azərbaycan tarixinə şanlı bir başlanğıc olmuşdur.

23 il öncə yəni 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə, vəhşi və quduz Rus-Sovet İmperyasının qızıl ordusunun zabit və əsgərləri tərəfindən,qatil Qorbaçov başda olmaqla Sovet hökumətinin əmri və göstərişilə Quzey Azərbaycanın Başkəndi Bakıda,əli yalın millətimizə qarşı tam qəddarlıqla dəhşətli cinayətlər törədilmişdir.Senaryosi öncədən hazırlanmış və əsasən Erməni və Ruslardan ibarət olan bu özəl ordu,Sovet hökumətinin Erməni siyasəti və onların vətənimizin ayrılmaz parçası olan Dağlıq Qarabağın Ermənistana bağlamaları cəhdinə,millətimizin sivil və dinc etiraz yürüşünə qarşı zirehli tanklar və ağır silahlarla atəş açaraq 147 günahsız qəhrəman vətən qız və oğullarını  vəhşicəsinə öldürmüş,700-dən artıq soydaşımızı yaralamış və çox sayda insanımızı yaxalayaraq KGB-nin həbsxanalarında dəhşətli işkəncələrə məruz qoymuşdur.

Azərbaycan Türk milləti Rusiya dövlətinin 200 ilə yaxın müstəmləkəçilik və işğalçı siyasətinə qarşı hər zaman mübarizə aparmış,öz azadlıq və bağımsızlığı uğrunda mücadilə vermişdir.Yanvarın 20-si, Azərbaycan demokratik cümhuriyyətinin 28 April 1920-ci ildə təkrar Sovet işğalına məruz qaldıqdan sonra,öz müstəqiliyi uğrunda apardığı mücadilənin ən zirvəsi olmuş və onun yolunu açmışdır.Millətimiz hər zaman Azərbaycan demokratik cümhuriyyətinin qurucusu və böyük öndəri olan Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözündən ilham alaraq bu böyük amacın doğrultusunda hərəkət etmişdir.

20 yanvar hadisəsi aydıncasına göstərmişdir ki,dünyanın ən güclü imperyaları, hətta ən modern silahlara belə malik olub və təpədən dırnağa qədər silaha sarılsalarda,zülm və basqılar altında əzilmiş,eləcədə öz azadlıq və istiqlaliyyəti uğrunda ayağa qalxmış bir millətin əzm və iradəsini heç zaman qıra bilmiyəcəklər.

Bu dönəmdə dağılmaq və çökmək ərəfəsində olan Sovet imperyası,bu məsələnin qarşısını almaq amacıyla vəhşicəsinə güc uyqulanmasını tərcih etsədə,bu işində başarısız olmuş və tam əksinə Quzey Azərbaycanda Türk millətimiz apardığı öz haqlı qurtuluş mücadiləsini möhkəm iradə ilə davam etmişdir.21 Yanvarda 2 milyondan artıq Azərbaycanlının Bakının Azadlıq meydanında toplanması, deyilənlərin əyani sübutudur.Necə ki,millətimiz sadəcə adının gəlməsi çoxlarının canına lərzə salan sovet imperyasına meydan oxuyaraq sonunda öz istiqlaliyyətini əldə etmişdir.

Azərbaycan sosial demokrat partisi(güney) vətənimizin azadlıq və istiqlaliyyəti  yolunda öz dəyərli canlarını təmənnasız və heç tərəddüd etmədən fəda edən bu qəhrəman vətən övladlarının qarşısında baş əyib və qürur hissi ilə əziz xatirələrini yad edir.

20 yanvar şəhidləri ölməmiş və onlar hər zaman Azərbaycan Türk millətinin qəlbində sonsuzadək yaşayacaqlar.

Eşq olsun 20 yanvarı yaradan böyük millətimizə!

Yaşasın istiqlaliyyətimiz!

18.01.2013

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter