English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Suriyada "qəzəb günü" gedir

AZOH: Suriyadan gələn xəbərlərə görə ölkə boyu minlərlə adam küçələrə çıxaraq siyasi islahatlar tələb edir, hökumətin demokratiya tərəfdarlarının mitinqlərini dağıtmasına etiraz edirlər. Şahidlər aksiyaların paytaxt Dəməşqin yaxınlığında, Homs, Banisa şəhərlərində, eləcə də ölkənin sahilyanı ərazilərində keçirildiyini bildirirlər.

Yerli sakinlər Latakia şəhərində polisin mitinq iştirakçılarına atəş açdıqlarını deyirlər.

Suriyada qadağan edilmiş Müsəlman Qardaşlığı təşkilatı da öz tərəfdarlarını bu gün prezident Bashar al-Assad əleyhinə mitinqlərə qoşulmağa çağırıb. Son altı həftədə keçirilən etiraz aksiyalarında ilk dəfədir ki, Müsəlman Qardaşlığı da prosesə qoşulur.

Bu günü Suriyada müxalifət tərəfdarları “qəzəb günü” elan ediblər. Küçələrə çıxanlar Deraa əhalisini dəstəkləyəcək. Bu şəhərdə keçən həftə hökumət qoşunları ilə müxalifətçilər arasında qanlı toqquşmalar olmuşdu.

Avropa Birliyi rəhbərliyi bu gün Suriya hökumətinə qarşı mümkün sanksiyalar məsələsini müzakirə edəcək. Söhbət çoxmilyonlu qrant və kreditlərdən, hesabların dondurulmasından və hökumət nümayəndələrinin Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulacaq qadağalardan gedir.

İnsan haqları fəalları hökumət qüvvələrinin mitinqlərə müdaxiləsi ilə indiyə qədər 500 nəfərdən çox adamın həlak olduğunu bildirirlər.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter