English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Fars rejimi Urmuda Əlikram Əliyevi andı

AZOH: Aprelin 25-də Güney Azərbaycanın Urmu şəhərində Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyevi anma mərasimi keçirilib. İranın yerli xəbər saytları xəbər verirlər ki, mərasimdə çıxış edənlər Qafqazın Əbuzəri adlandırılan Hacı Əlikram Əliyevin ömrünün sonuna qədər Xomeyni və islam inqilabına sadiq qaldığını deyiblər. İranın ali dini lideri, ayətullah Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki xüsusi nümayəndəsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri də mərasim iştirakçılarına öz mesajını göndərib. O deyib ki, mərhum Əlikram Əliyev islam uğrunda mübarizəsinə görə ömrünün bir hissəsini həbslərdə yaşamalı olub: "Onun evi dini mübarizənin mərkəzinə çevrilmişdi. İldə bir neçə dəfə İrana gəlir, inqilabçı dostlarıylaə görüşürdü. Xomeyniyə və islam rejiminə bağlı bir insan idi".

Xatırladaq ki, 71 yaşlı Hacı Əlikram Əliyev bu il martın 17-də Nardaran qəsəbəsindəki evində vəfat edib. Yaxınları onun şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkdiyini deyirlər. O, 1996-cı ildə "vətənə xəyanət" ittihamı ilə həbs edilib, 1999-cu ilin noyabr ayında isə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb. O, 2002-ci ildə Nardaran qəsəbəsində bir neçə nəfərin ölümüylə nəticələnmiş polislə qarşıdurmaya görə yenidən tutularaq altı il müddətinə azadlıqdan məhrum edilib, amma bir il sonra yendiən əfv olunub. Qeyri-qanuni olaraq İslam Partiyası adlandırılan təşkilatın ilk sədri olub. Bu partiyanın hazırkı sədri Mövsüm Səmədov da bir qrup partiyadaşı ilə birlikdə bu ilin yanvarında saxlanıb. Onları qanunsuz silah saxlamaq, hakimiyyəti zorla ələ keçirmək və terror hazırlamaqda ittiham edirlər.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter