English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Müəmmər Qəzzafi NATO-nu danışıqlara çağırıb

AZOH: Liviya lideri Müəmmər Qəzzafi havadan zərbələrin dayandırlması üçün NATO ilə danışıqlara hazır olduğunu bəyan edib.

Ötən gecə televiziya ilə yayınlanan çıxışında Qəzzafi deyib ki, o, atəşkəsə hazırdır, bir şərtlə ki, ona bütün tərəflər əməl etsin.

Bununla belə, özünün 80 dəqiqəlik çıxışında o vurğulayıb ki, qiyamçıların və Liviya üzərinə hava reydlərini dəstəkləyən ölkələrin tələblərinə uyğun olaraq vəzifəsindən getmək fikrində deyil.

Elə onun danışdığı dəqiqələrdə NATO Tripoliyə, inzibati binalara ən azı üç raket zərbəsi endirib.

Liviya rəsmiləri NATO-nu birbaşa polkovnik Qəzzafini vurmağa cəhd etməkdə ittiham edirlər.

Qəzzafinin bu çıxışı da etiraf və inadkarlığın qarışığı olub.

Hərçənd, bu dəfə o, qiyamçılar barədə yumşaq dillə danışmağa çalışıb.

O quyamçıları silahı yerə qoymağa çağırıb və “muzdlu” adlandırdığı xarici qüvvələri ittiham edib.

Bununla belə, cəbhə xəttində hökumət qüvvələrinin hərəkətlərində yumşalma hiss olunmur.

Qiyamçıların nəzarətində olan məntəqələr atəşə tutulur, Misrata şəhərinin müdafiəçilərinə isə Çərşənbə Axşamınadək ya təslim olmaq, ya da hökumətin dediyi kimi “odda yanmaq” təklif olunub.

Polkovnik Qəzzafi isə deyib ki, indi hər bir Liviyalı üçün iki yol qalır: “Ya azadlıq, ya ölüm”.

O deyib ki, təslim olmayacaq, qorxmayacaq və heç yerə getməyəcək.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter