English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda hakimiyyət uğrunda mübarizə kəskinləşir

AZOH: İran prezidentinə yaxın olduğu deyilən sabiq prokuror həbs olunub.

Yarı-rəsmi Fars agentliyi Said Mörtəzavinin Tehranın Evin həbsxanasına yerləşdirildiyini bildirib.

LinklərƏhmədinejad Evin məhbəsinə buraxılmamasını Konstitusiyaya zidd addım adlandırıbƏhmədinejad Ayətullaya qarşı: kim udacaq?MövzularTəhlil

Yanvar ayınadək zəngin sosial yardım qurumunun başçısı olan cənab Mörtəzavi parlamentin tələbilə vəzifəsindən çıxarılıb.

ABŞ 45 yaşlı sabiq prokuroru digər rəsmilərlə yanaşı “insan haqlarını davamlı və kobud şəkildə” pozmaqda ittiham edib.

Təhlilçilərə əsasən Said Mörtəzavinin həbsi bir tərəfdən Əhmədinejad və digər tərəfdən parlamentlə ədliyyə arasında daxili mübarizənin təzahürü ola bilər.

Həbs 2009-cu ildəki mübahisəli seçkilərdən sonra məhbusların işgəncə və ölümülə əlaqəli ola bilər, Fars agentliyi yazır.

Ötən ay sosial yardım qurumu başçısı vəzifəsindən azad olunduqdan sonra Said Mörtəzavi prezident administrasiyasında həmin təşkilatın kuratoru təyin olunub.

Bu təyinat millət vəkillərini qəzəbləndirib.

Sabiq baş prokuroru müdafiə edən Mahmud Əhmədinejad parlament sədrilə ədliyyə rəhbərini korrupsiyada ittiham edib ki, təhlilçilərin fikrincə bu, Mörtəzavinin həbsinə səbəblərdən birini təşkil edə bilər.

2009-cu ildə Mahmud Əhmədinejadın seçilməsi və seçkilərdən sonrakı təqiblər İran hakimiyyəti daxilindəki mühafizəkar və islahatçılar arasında mübarizəni gücləndirib.

Müxbirlərə əsasən, parlament ikinci müddətə prezident seçilmiş cənab Əhmədinejada qarşı tənqidi mövqe tutub.

Avqust ayında müddəti sona çatacaq cənab Əhmədinejadı prezident vəzifəsində əvəzləyəcək ən şanslı namizədlərdən biri kimi parlament spikeri Əli Laricaninin adı çəkilir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter