English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İsveçdə “Güney Azərbaycana referendum” tələbi ilə seminar keçirildi

AZOH: Fevralın 2-si İsveçin Göteborg şəhərində Güney Azərbaycana referandum tələbilə bağlı, BİRLİK, GADP və AZOH təşkilatlarının təşkilatçılığı ile seminar keçirildi.

Bu seminarda bir sıra Azərbaycan siyasi fəallar və Azərbaycanın 9 təşkilat nümayəndələri iştirak edərək mövzü haqda öz baxışlarını açıxladılar.

Azərbaycanın təşkilat nümayəndələri və bir qurup siyasi fəallar, Güney Azərbaycana referandom tələbinin güclü və zəif nüqtələrinə toxunub, Azərbaycan milli hərəkatının cari vəziyyətini nəzərdən keçirərək təhlil edib, növbəti addımlar, gələcək planlar və Azərbaycan Təşkilatlarının birgə işbirliyi və əməkdaşlıq haqda öz tövsiyələrini bildirdilər.

Seminarın birinci hissəsində sıra ilə, Azərbaycan milli demokratik birliyindən Simin xanım Səbri, Güney Azərbaycan Qurtuluş Partiyasından Eldar bəy Qaradağlı, Azərbaycan Milli Dirəniş təşkilatından Babək bəy Çələbyanlı, Azərbaycan Öyrənci Hərəkatından Əmir bəy Mərdani, Dünya Azərbaycanlıların Milli Birliyindən Cavad bəy Dirəxti, Güney Azərbaycan Liberal Demokrat Partiyasından Haşim bəy Bilgin, Güney Azərbaycan Müstəqil Fəallar Teyfindən Məhbub bəy Əmrahi və Güney Azərbaycan Demokrat Partiyasından Mahmud bəy Bilgin çıxış edərək mövzü haqda öz fikirlərini paylaşdılar.

Yığıncağın ikinci hissəsində, ilk olaraq  Azərbaycan Öyrənci Hərəkatının sözcüsü Əmir bəy Mərdani, 34 milli fəallın şübhəli ölümlərindən danışıb və rapor verdi. Sonra Bütöv Azərbaycan Ocaqlarından (BAO) Zahir bəy Əlisoy və Hakim bəy Sadiqli, Azərbaycan siyasi fəallarından Əlirza bəy Ərdəbili, Yünüs bəy Şamili, Babək bəy Azəroğlu və Solmaz xanım Bilgin çıxış edərək öz fikirlərini bildirdilər.

Seminarın əhəmiyyətli bölümlərindən birisi, kollektiv olaraq iştirakçılar tərəfindən zəlzələ qurbanlarına 7 milyon tümən maddi yardım toplanıldı və Azərbaycan siyasi məhbusların azad olmaları tələbi üçün imza kompaniyası başlatıldı.

Güney Azərbaycana referandom tələbi, Aktuel durum və yeni addımlar seminarı təşkilatçılar tərəfindən saat 16.50 başlayıb və saat 21.30 uğurlu şəkildə sona çatdı.

http://www.bao.az/index.php?mid=849

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter