English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Hadi Musəvi – Güneydəki son olaylar haqqında

AZOH: Fars rejiminin son zamanlar içəridəki milli fəallara qarşı basqıları ciddi dərəcədə artmışdır. Və gün keçdikcə bu basqılar məhz Yeni GAMOH Mərkəzi Komitəsinə (MK) qarşı artmaqdadır. Bildiyimiz kimi dünən, fevralın 6-da (“Bəhmən aynın 18-də) Yeni GAMOH təşkilatının lideri sayın Dr. Lətif bəy Həsənli və eləcə də Yeni GAMOH MK-nin üzvü sayın Şəhram Radmehr (Savalan) də tutulanlar siyahısına əlavə edildilər və yeni tutulanlarla bərabər Yeni_GAMOH-un MK-nin tutulmuş üzvlərinin sayı dördə çatmış oldu. Bildiyimiz kimi keçen günlərdə də təşkilatın MK üvləri, tanınmış milli fəallar sayın Yürüş Mehrəlibəyli və sayın Mahmud bəy Fəzli də rejimin ETTELAAT qüvvələri tərəfindən tutqlanmışlar ki, hələ də naməlum bir şəkildə ETTELAAT-da dindirilirlər. Qeyd etmək lazımdır ki, bu iki dəyərli fəalımızın ailələrinə ETTELAAT qüvvələri tərəfindən, bu fəallarımızın öncəki ittihamlarla yaxalandıqları söylənsə də, neçə gündür ki, birnəfərlik kameralarda qanunsuz şəkildə saxlanılırlar. Əgər öncəki ittahamlar əsas götürülsəydi, bu fəallarımız ETTELAAT-a deyil, ümumi (mərkəzi) həbsxanaya göndərilərdi və ayrıca gələn bilgilərə görə bu fəallarımıza ağır fiziki və ruhi basqılar tətbiq edərək, onlara qarşı yeni suçlamalar və ittahamlar irəli sürməyə çalışırlar. Əslındə bu həbslərin gərçəkləşəcəyini içəridəki bu dəyərli fəallarımız neçə ay öncədən gözləyirdilər, çünki, bu insanlar bilə-bilə, fədakarcasına Milli Hərəkatın mərkəzdə (içəridə) yürüdülməsini və güclənməsini Yeni GAMOH-un əsas fəaliyyəti və amacı olaraq müəyyən ediblər və bu əsasda da fəaliyyətlərini davam etdrirlər. Bu tutulmalar hər halda bu sayla məhdudlaşmayacaq və tutulmaların davamı olacağını həm onlar, həm də bizlər bilirik. Hələlik bu dörd tutuqlunun taleyindən dəqiq bir bilgi əldə yoxdur.

Güney Azərbaycan Milli Hərəkatında hər hərəkatdə olduğu kimi təəssüf ki, zaman-zaman təşkilatlara qarşı, özəlliklə Yeni GAMOH təşkilatına da qısqanclıqlar və təxribatlar oldu və davam etməkdədir. Bu qısqanclıqların sözdə əsas səbəbi “içəridə necə təşkilatnma ola bilər", "necə açıq fəaliyyət ola bilər" və s. bəhanə göstərərək bu fədakar fəallarımıza qarşı hücumlar oldu. Amma burada acı bir gerçək var, o da budur ki, rejim bu hərəkatda olan bu qısqanc və dar düşüncəli insanlardan daha ağıllı və aydındır, çünki rejim içəridə təşkilatlanmanın, güclenmənin və dolayısı ilə Milli Hərəkatın ölkə içində yaradacağı siyasi bir zəminin nə olduğunu yaxşı anlayır və buna görə də pərvasızcasına, qanunsuzcasına bu təşkilatın üzvlərinə qarşı ciddi təzyiqlər göstərməyə başlamışdır.(son zamanlar tutuqlamalar və basqıların mərkəzinin Yeni GAMOH olması bu məntiqin və gerçəkliyin bir göstəricisidir.)

Amma rejimin MK üzvlərini tutuqlayaraq sözdə bu təşkilatlanmanı durdurma çabası boşa çıxacaqdır, çünki, içəridə onlarca dəyərli, təcrübəli fəallarımız var ki, canla, başla bu tutuqlananların yerinə keçərək təşkilatın hədəfləri və planlarının gerçəkləşməsi yolunda fəaliyyətlərini fədakarcasına davam etdirəcəklər.

Ümid edirik ki, artıq içərinin önəmi artacaq və eləcə də içəridə təşkilatlanma, güclənmə nöqtəsndə hər kəs həmfikir olacaq və hamımız birgə şəkildə içəridəki dəyərli fəallarımıza bu müqəddəs və ağır mübarizədə dəstək olacağıq.

http://davam.az/8479-hadi-musvi-gneydki-son-olaylar-haqqnda.html

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter