English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

"Ey Fars Dili" adlı şeirdə Təbrizin farsdilli bir şəhər kimi təsviri etirazlara səbəb olub

AZOH: Əlirza Quluncu

İranda 6-cı sinfin yeni Fars Dili dərsliyində dərc edilən Ey Fars Dili adlı şeirdə Təbrizin farsdilli bir şəhər kimi təsviri etirazlara səbəb olub.

İranın Xəbər Media Qrupu veb səhifəsinin yazdıqlarına görə, Azərbaycan müəllimiləri “Biz şagirdlərimizə necə deyək ki, sizin ana diliniz Tehran və Kabil əhalisinin ana dili kimi farscadır? Axı Təbriz əhalisinin ana dili türkcədir!”-deyə şeirə etiraz edirlər.

6-ci sinif dərsliyinin həm içi, həm arxa cildində dərc edilən “Ey Fars Dili” şeirinin müəllifi Qulaməli Həddad Adil keçmişdə İran Parlamentinin başqanı, habelə Fars dili və Ədəbiyyatı Akademiyasının sədri olub və İranın dini lideri Seyyid Əli Xameneyiyə ən yaxın adamlardan biri kimi tanınır. Bəzi xəbər saytları gələcək prezident seçkilərində Hədad Adilin nəmizəd ola biləcəyi ilə bağlı məlumat verib.

“Ey Fars dili, ey Dəri dənizinin dürdanəsi, ey ata-babalardan bizə qalan irs, ey ana dilimiz!” beyti ilə başlayan şeirin 3-cü beytində Tehran, Kabil, Xücənd, Nişapur, Bəlx və Təbriz kimi şəhərlər farsdilli bölgələr kimi qeyd edilib.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter