English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

«Ettelaat» milli fəallara təzyiqlərı artırıb

AZOH: Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, jurnalist Həsənəli Bədəli «Ettelaat»ın Ərdəbil bölməsinə çağırılaraq dindirilib. Milli fəal fevralın 9-da dindirilsə də, xəbər yenicə yayılıb. 5 saat çəkən dindirilmədə Həsənəli Bədəli 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə Güney Azərbaycanda keçiriləcək mərasimlərə hazırlıq fəaliyyətlərinə görə sorğu-suala tutulub, təhdid edilib. Həsənəli Bədəli 21 fevral Ümumdünya Ana Dili Günü mərasimlərə qatılmayacağı haqda yazılı iltizam verdikdən sonra sərbəst buraxılıb. Bundan əlavə, «Ettelaat» Ərdəbil şöbəsinin əməkdaşları 21 fevral Ümumdünya Ana Dili Günü mərasimlərinə qatılmamaları üçün Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Xeyrcu, Həsənəli Bədəli, Əli Vasiqi, Həmid Qüvvəti, Həmid Vasiqi, Bəhram Novin, Hamid Heydəri, Fərhad Aslani, Hüseyn İbadullahi, Xaliq Əkbərzadə, Babək Cavanşir, Məsud Mehdad, Əli Babayi, Mehdi Usuli, Taha Haşimi, Kiyanuş Tohidi, İsa Əzizi və başqa təzyiq göstərir, onlardan yazılı iltizam almaq istəyirlər.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter