English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BİN LADEN ÖLDÜ, "ƏL QAİDƏ" NECƏ OLACAQ

AZOH: Bin Ladenin öldürüldüyünün açıqlanması terror təşkilatı "Əl Qaidə"nin nə kimi reaksiya göstərəcəyinə və terror hörgütünün gələcəyinin necə olacağına dair sualları da gündəmə gətirir.

Vaşinqton mərkəzli düşüncə quruluşu "Woodrow Wilson Center"in mütəxəssislərindən olan Roqer Hardi Obama iqtidarının özünü yaxın gələcəkdə baş verməsi ehtimal olunan intiqam hücumlarına hazırladığını bildirib. Ancaq Hardi qeyd edib ki, əsas sual uzun perspektivdə "Əl Qaidə"nin həyatda qalıb-qalmayacağıdır.

Mütəxəssislərə görə, Pakistan hökuməti və xalının Bin Ladenin  bu ölkədə yaxalanmasına necə reaksiya verməsi terror təşkilatının gələcəyi baxımından müəyyənləşdirici faktor olacaq.

Bin Ladenin ölümünün müstəqil hücrələr vasitəsilə çalışan "Əl Qaidə"nin sonunu gətirməyəcəyi, ancaq illərdir hücumları birbaşa planlaşdıran liderin ölümünün önəmli strateji qazanc olduğu bildirilir.

Bin Ladenin son dönəmdə təşkilatın ərəb yarımadasındakı qanadında nüfuzunu tamamilə itirməyə başladığı, Əfqanıstan-Pakistan sərhədindəki qanasında isə səlahiyyətin daha çox "Əl Qaidə"nin iki nömrəli adamı Eyman Əz Zəvahiridə olduğu qeyd edilir.

Mütəxəssislər Üsamə bin Ladenin ölümünün hörgütün zəifləməsinə səbəb olmayacağını bildirirlər.

Yeni lider kadrosu və hər gün artan militanları ilə "Əl Qaidə"nin 2001-ci illə müqayisədə 2011-ci ildə daha fərqli struktura sahib olduğu bildirilir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter