English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Ərdoğan "Qarabağ da, Naxçıvan da bizim məsələmizdir" dedi

AZOH: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkəsinin Ermənistanla münasibətindən danışıb. Nazir Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərin normallaşmasının mümkün olmadığını bildirib.

Bu sözləri o, hakim Ədalət və İnkişaf Partiyasının İqdırın bələdiyyə meydanında keçirilən açıq hava toplantısında deyib. Naxçıvana yolun tamamlandığını və tezliklə istifadəyə veriləcəyini xatırladan Ərdoğan "Qarabağ bizim məsələmizdir, Naxçıvan bizim məsələmizdir", deyə bildirib: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir. Burada İqdırdan bir daha elan edirəm: Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərimizin yoluna girməsi mümkün deyil. Yarandığı gündən bəri Azərbaycanın, Qarabağın arxasında olmuşuq. Hər zaman da arxalarında dayanmağa davam edəcəyik. Bu məsələdə heç kim bizdən başqa bir yanaşma gözləməsin. Bunu Avropa Şurası Parlament Assambleyasında erməni və erməniyönlü millət vəkilləri də soruşublar. Onlara da gərəkli cavab verilib".

Qardaş ölkənin rəhbəri bu bəyanatı ilə bir daha sübut etmiş oldu ki, Ermənistanla sərhədlərin açılması Qarabağ münaqişəsinin həllindən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən keçir. Hər kəsə məlum olduğu kimi, bu gün Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının səbəbkarı işğalçı Ermənistandır. Çünki rəsmi Ankara məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Türkiyəyə qarşı uydurma "soyqırımı" iddialarına etiraz əlaməti olaraq 1993-cü ildə bu ölkə ilə sərhədləri bağlayıb. Həmin hadisədən keçən illər ərzində işğalçı ölkə nəinki əməlindən heç bir nəticə çıxarmayıb, əksinə, həm Azərbaycan torpaqlarının işğalını, həm də Türkiyəyə qarşı uydurma ərazi və "soyqırımı" iddialarını davam etdirib. Sözsüz ki, belə olan halda sərhədlərin açılması Ermənistanın təcavüzkar əməllərinə haqq qazandırmaqla yanaşı, proqnozlaşdırılması mümkün olmayan ağır nəticələrə gətirib çıxara bilərdi. Əksər ekspertlərin də qeyd etdiyi kimi, belə bir addım Türkiyə və Azərbaycanın milli və dövlət maraqlarına tamamilə ziddir. Xüsusi olaraq qeyd edilməlidir ki, qardaş ölkənin siyasi dairələri vəziyyəti düzgün dəyərləndirərək Azərbaycan ərazilərinin işğalının dayandırılmasını Ermənistan qarşısında şərt kimi qoydu və bütün beynəlxalq təzyiqlərə baxmayaraq, rəsmi Ankara öz mövqeyindən geri çəkilmədi. Hər iki ölkə ictimaiyyətində razılıqla qarşılanan bu hal əslində, ermənilərin iki qardaş xalq arasında münasibətlərə zərbə vurmaq niyyətinin puça çıxması demək idi. Yerli və xarici ekspertlərin də fikrincə, Ermənistan təcavüzkar siyasəti davam etdirdikcə, sərhədlərin açılması mümkün olmayacaq.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə isə Sürix protokollarının imzalanması Qərbin atdığı yanlış addımın nəticəsidir: "Qarabağ problemini kənara atıb Türkiyə-Ermənistan sərhədlərini açmaq tamamilə qeyri-real siyasi addım idi. Ona görə ki, Ermənistanı Rusiya idarə edir. Türkiyə-Ermənistan sərhədlərinin açılması Rusiyanın mövqeyinə ziddir. Üstəlik, Azərbaycanın işğal olunmuş əraziləri faktorunun qabardılması nəticəsində rəsmi Ankara bu məsələni öz mövqeyinə daxil etdi. Yəni Azərbaycan əraziləri işğaldan azad olunmayınca, Türkiyə bu ölkə ilə sərhədləri açmayacaq. Yaşanan xeyli gərginliklərdən sonra Sürix protokollarının tamamilə boş bir şey olduğu sübuta yetdi. Bu protokolların gələcəyi yoxdur və onlar gerçəkləşməyəcək. Bunu mən demirəm ki, Türkiyənin baş naziri, xarici işlər naziri deyir. Həm də bir dəfə deyil, dönə-dönə deyirlər ki, sərhədlər o zaman açıla bilər ki, Qarabağ problemi həllini tapmış olar".

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter