English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

22May olayları ilə bağlı İsveçin Göteborg şəhərində yürüş-mitinq keçiriləcəkdir

22 May olayları ilə bağlı İsveçin Göteborg şəhərində yürüş-mitinq keçiriləcəkdir

Dəyərli soydaşlar!

22 May 2006-ci ildə İran adlanan məkanda millətimizin fars şovinist və ağalıq rejimi tərəfindən aşağılanması ve təhqir edilməsinə etiraz olaraq Güney Azerbayacanda Türk ulusumuzun ayaqlanmasından ve keçirilən aksıyalaradan 5 il keçir. Millətimiz bu ayaqlanma ilə öz Türk milli kimliyinə sahib olmasını və bir millət olaraq varlığını hədəf alan her bir ifadə, təhqirə qarşı olduğunu isbatlamiş oldu. Bununla əlaqədar olaraq aşağıda adlarını çəkdiyimiz qurumlar 22 may 2011 tarixində İsveçn Göteborg şəhərində yürüş-mitinq keçirməyi planlayırlar. Yürüs-mitinq şəhərin mərkəzi küçələrdən keçməklə, bu təhqir, aşağılamaya yox deməklə və öz milli haqqlarımızı tələb etməklə keçiriləcəkdir.

Yürüş-mitinqin çağı : 13.00-14.00-dək Mərkəzi kitabxananın qarşısından, Göteborg Göteplatsen-dən başlayaraq, Brunsparken küçəsindən yürüş-mitinqin qətnaməsinin oxunması ilə başa çatacaqdır.

Yürüş –mitinqin təşkilatçıları:

1.GADP (Güney Azərbaycan Demokrat Partiyası).

2.GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı).

3.AzOH (Azərbaycan Öyrənci Hərəkatı).

4.Oğuzlar qrupu.

Xatırladaq ki, yürüş-mitinqden sonra 22 May olayları ilə bağlı elmi konferans keçiriləcəkdir.

Konfransın keçirilmə çağı:16.00 Göteborg Östra Fjällvögen 1-Sävedalen 43362.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter